BMW şirkəti 2020-ci ilin iyul ayından 7.0 əməliyyat sisteminə malik olan avtomobillərinin Android Auto tətbiqini dəstəkləyəcəyini bildirib. Yeni funksiyanın tətbiqi ilə alman markasının avtomobillərində smartfonların istifadəsini daha rahat və təhlükəsiz edəcəkdir.
Smartfondan alınan məlumat nəinki mərkəzi displeydə, həmçinin uyğunlaşdırılmış şəkildə proyeksiya displeyində də əks etdiriləcəkdir. Yeni sistemin işi 2020-ci ilin əvvəlində Las Veqasda keçirləcək istehlak elektronikasının sərgisində (CES) nümayiş etdiriləcəkdir.