Enthusiast Auto Group cəmiyyəti ABŞ-da 24 illik BMW M5 (E34) universalını satışa çıxarıb. Yaşına və 155 min kilometr yürüyüşünə baxmayaraq avtomobilin satış qiyməti 130 min dollar təşkil edir.
E34 indeksli BMW M5 modelinin universal kuzovlu variantı nadir tapılan avtomobillərdən hesab edilir. Belə avtomobillərdən cəmi 900 ədəd istehsal edilmişdir. Lakin, təklif edilən nüsxənin yüksək qiymətinin səbəbkarı avtomobilin kuzovunun nadir Santorin Blue Tourings rəngidir. Satıcının sözlərinə görə, bu avtomobil onun tarixində olan iki belə rəngli avtomobildən biridir. Qeyd etmək lazımdır ki, salonun əsas rəngi açıq-qəhvəyi olsa da, onun tərtibatında kuzovun rəngində olan işləmələrdən istifadə edilib.
Universal 3,8-litrlik sıralı altı silindrli mühərrik və altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilib. Avtomobil ABŞ-da olsa, satıcı modelin Avropa bazarı üçün nəzərdə tutulduğunu bildirib.