Kia şirkəti EV3 seriya modelinin mayın 23-nə planlaşdırılan qlobal premyerasından əvvəl, yenilik barədə təfərrüatları paylaşaraq bir neçə yeni tizeri dərc edib. İlkin məlumatlara görə, elektrik güc aqreqatına malik olan yığcam krossover təxminən 30 min dollara başa gələcək.
Eyni adlı konsept 2023-cü ilin noyabrında Los Ancelesdə nümayiş etdirilib. O zaman, EV3 krossoverinin “əkslərin birliyi” kimi tərcümə olunan Opposites United dizayn fəlsəfəsinə uyğun olaraq hazırlandığı və Kia şirkətinin elektrik arxitekturasının imkanlarını və ekoloji cəhətdən təmiz materialların, o cümlədən bioplastiklərin geniş istifadəni nümayiş etdirdiyi bildirilmişdi. Seriya versiyası eyni konsepsiyaya malikdir: eksteryer dizaynı keçən ilki şou avtomobili ilə demək olar ki, eynidir.
Amma hələ də nümayiş olunmayan interyer çox güman ki, sadələşdiriləcək və seriya avtomobilinə uyğunlaşdırılacaq. Bununla yanaşı, Kia çətin ki, tərtibatda ekoloji cəhətdən təmiz materiallardan istifadədən imtina etsin.
EV3 modeli, digər Kia və Hyundai elektromobillərinin əsaslandığı E-GMP platformasında inşa olunub. Bununla belə, top modellər 800 voltluq arxitekturaya malik olsalar da, daha əlçatan EV3 krossoverinin arxitekturası 400 voltluqdur. Krossover müxtəlif tutumlu iki batareya təklif olunacaq - 58 və 77,4 kilovat-saat. Güman etmək olar ki, 77,4 kilovatlıq batareya ilə EV3 təxminən 500 kilometr məsafə qət edə biləcək - oxşar batareya malik olan Ioniq 5 modelinin göstərici eyni səviyyədədir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.