Acura şirkəti “bərkgedən” Integra Type S modeli haqqında ilk məlumatı paylaşıb. Civic Type R modelindən götürülmüş mühərriki olan liftbək amerikan bazarına gələn il çıxacaq, mexaniki transmissiya və yüksək sürtünməli diferensialı ilə təchiz olunacaqdır. Prototipin dərc edilmiş şəkillərindən göründüyü kimi, Integra Type S gücləndirilmiş əyləc mexanizmlərinə və dəyişdirilmiş bamperlərə sahib olacaqdır.

Yeni Acura Integra, sələfləri kimi, təkcə platformasını deyil, həm də mühərrikini paylaşdığı Civic modelinin daha idman versiyası olmağa çalışır. Liftbəkin standart versiyası Civic Si modelinin 1,5-litrlik turbomühərriki (203 at qüvvəsi, 260 Nm) ilə təchiz edilir.

Güc aqreqatını variator və ya altı pilləli mexaniki transmissiya ilə təchiz etmək olar, lakin hər iki halda görkəmli dinamikaya ümid etmək olmaz. Ölçmələr yeni Integra modelinin 20-illik avtomobildən daha yavaş olduğunu göstərib.

Vəziyyəti Acura Integra Type S modeli düzəltməlidir.O, 2024-cü il modeli kimi debüt edəcək və 2.0 VTEC Turbo “turbodördlüyünü” alacaqdır. Civic Type R modelində bu mühərrik 319 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edir, lakin Intergra modelində onun gücünün “300 at qüvvəsindən çox” olacağı qeyd edilir.

Acura Integra Type S liftbəki standart olaraq altı pilləli mexaniki ötürmələr qutusu və ön oxdakı spiralvari yüksək sürtünməli diferensial ilə təchiz ediləcəkdir. Oxşar dəst Civic Type R modeli üçün də təklif olunur.

Image alt Image alt Image alt Image alt Image alt

ABŞ-da satılan Honda Civic  Yaponiyanın Saitama prefekturasındakı zavod istehsal edir. Eyni zamanda, K20C1 mühərriklərinin yığılması ilə Ohayodakı Anna Engine Plant müəssisəsi məşğul olacaqdır. Hazırda bu zavodda Type S və NSX modelləri üçün aqreqatları yığırlar. Qiymətləri 30 800 dollardan başlayan Integra modellərini isə qonşuluqda yığılırlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.