Land Rover avtomobillərinin tüninqi üzrə ixtisaslaşan Britaniya mənşəli Overfinch atelyesi Range Rover Autobiography modelinin ən dəbdəbəli variantı olan “London Edition” modifikasiyasını təqdim etmişdir. Tüner avtomobil üçün 250 min funt-sterlinq (320 min dollar) tələb edir.

İnteryerin tərtibatında əl ilə emal edilmiş beş min ədəd ağac parçadan istifadə edilmişdir. Bu materialların hazırlanmasına “bir neçə yüz insan-saat” tələb olunmuşdur.

Bu elementlərdən Britaniya paytaxtının ən məşhur tikililəri – “London Eye” müşahidə halqası, “The Shard” göydələni, Tauer körpüsü və Vestminister sarayının təsvirləri olan “Londonun panoramını”  tərtib edilmişdir.

Ofroder həmçinin karbondan hazırlanmış kuzov dəstini, yeni ön və arxa bamperi, radiator barmaqlığını və 22-düymlük “Tora” təkər disklərini əldə etmişdir. Avtomobilin texniki cəhətdən dəyişikliklərə məruz qalıb-qalmaması  barədə məlumat verilməmişdir.

Range Rover Autobiography modeli 510 at qüvvəsi və 625 Nm fırlanma anı olan beş litrlik kompressorlu mühərrik və səkkiz pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt