Toyota UK və Arctic Trucks atelyesi 375 millimetrlik klirensi olan Hilux AT35 pikapını təqdim ediblər. Pikapın geometrik keçiş qabiliyyətini və gediş rəvanlığını yaxşılaşdıraraq yolsuzluq şəraitini aşmaq üçün uyğunlaşdırıblar.
Toyota Hilux AT35 adi pikapdan dəyişdirilmiş şassisi ilə fərqlənir: orijinal Arctic Trucks Bilstein dayaqları və xarici diametri 35 düym olan BFGoodrich ofroud təkərləri pikapın klirensini 65 millimetr artıraraq 375 millimetrə çatdırıb. Bundan başqa, pikap gücləndirilmiş ramaya, yeni köndələn dayanıqlılıq stabilizatorlarına malik olub. Pikapın ön oxdakı yayları əvəzlənib, təkər izi genişləndirib və transmissiyası yenidən tənzimlənib.
Toyota Hilux AT35 modelinin vizual fərqləri, xüsusi tağları və ayaqaltıları, firma palçıqlıqları və 17-düymlük Arctic Trucks təkər diskləri olan genişləndirilmiş kuzov dəstdir. Arxa bamperin altına yedəkləmə qurğusu bərkidilmiş boru gücləndirici quraşdırılmışdır.
Asqının hündürləşdirilməsi və 35-düymlük şinləri olan baza Arctic Trucks dəstinin qiyməti 4.8 min funt sterlinqdən başlayır. Yuxarıda göstərilən avadanlıq dəsti ilə təchizlənmiş yenilənmiş Toyota Hilux pikapının AT35 versiyasına çatdırılması 18,8 min funt sterlinqə başa gələcəkdir, lakin altlığın qoruması, damdakı əlavə LED qurğular, şinlərin təzyiqinə nəzarət sistemi və kunq üçün əlavə pul ödəmək gərəkdir. Arctic Trucks tüninq dəstinin üstünlüyü zavod zəmanətinin qorunması və Toyota servislərində xidmət imkanıdır.