Bring a Trailer onlayn platformasında 1974-cü ilin DeTomaso Pantera sportkarı satışa çıxarılıb. Hərracların ilk iki günündə 46 yaşı olan avtomobil üçün təklif beş dəfə artaraq 100.000 dollara çatıb. Ancaq bu heç də son hədd deyil: hərrac daha bir gün davam edəcəkdir. Böyük ehtimalla, avtomobil üçün son təklif daha yüksək ola bilər.
Təxminən yarım əsr ərzində DeTomaso Pantera 611 min kilometrdən çox yol qət edib və bir sıra dəyişikliklərə məruz qalıb. Avtomobilin əvvəlki sahibi ağ rəngli idman avtomobilini qara rəngə boyadıb, oturacaqların dərisini yenisi ilə əvəzləyib, eksteryerdəki xrom elementləri bərpa etdirib və 15-düymlük təkər disklərinin əvəzinə Michelin Pilot Sport şinləri taxılmış 17-düymlük diskləri quraşdırıb.
Modernizasiya güc qurğusundan da yan keçməyib. Pantera, 390 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 5,8-litrlik V8 mühərrriki, güclü startyoru və təkmilləşdirilmiş soyutma sistemini əldə edib. Mühərrik beş pilləli ZF mexaniki ötürməlıər qutusu ilə birlikdə çalışır. Avtomobil elektrik şüşəqaldıranlara və kondisionerə malikdir.
Hal-hazırda, avtomobil Oreqon ştatındakı Portland şəhərində saxlanılır. DeTomaso Pantera modelinin son sahibi onu 10 il əvvəl satın alıb və o vaxtdan bəri avtomobil dörd min kilometr yürüş edib.