Bugatti Divo hiperkarı ilk dəfə 2018-ci ilin avqustunda Pebbl Biçdə debüt etsə də, o vaxtdan bəri ictimai yerlərdə nadir hallarda görünüb. İş təkcə hiperkarın 40 nüsxəlik məhdud saylı tirajında deyil - sadəcə, hiperkarların müştərilərə çatdırılmasına başlanmayıb. Bunun səbəbi isə, hər avtomobilin fərdi sifarişə uyğun olaraq yığılması və bəzən bu prosesin bir ildən çox çəkməsidir.
Bu günlərdə Molsemdə yerləşən şirkətin mətbuat xidməti, tezliklə ilk hiperkarların müştərilərə təhvil veriləcəyini bildirib. Bu münasibətlə, şirkət fərdiləşdirmə proqramı barədə ətraflı məlumat verərək, bənzərsiz tərtibat nümunələrini göstərib.
Divo sahibləri arasında fransız markasının yeni müştəriləri olmayacaq: onların hər biri ən azı bir Chiron modelinin sahibidir, buna görə də, Bugatti artıq onların zövqləri ilə tanışdır. Buna baxmayaraq, avtomobilin konfiqurasiya edilməsi alıcının şirkətin mənzil-qərargahına şəxsi ziyarəti zamanı həyata keçirilir və bu proses təxminən 5 saat çəkir.
Prosesdə 15 nəfərlik heyət iştirak edir. Müştərilərin üçdə ikisindən çoxu sahib olduqları Bugatti Divo modelini bənzərsiz etmək qərarına gəliblər və onların əksəriyyəti öz fikirləri ilə təşrif buyururlar.
Divo modelini sifariş edərkən seçim təkcə rənglər, dəri, parçalar və tikişlər ilə məhdudlaşmır. Kimsə bayraq və ailə gerbi ilə tərtibatı, kimsə həyat yoldaşının adının qapı panellərində həkk edilməsini sifariş edir, ya da çanta və ya sevimli ayaqqabılarına uyğun rəngləri seçir. Hətta, radiator barmaqlığını da unikal etmək olar, əsas odur ki, ümumi firma üslubu pozulmasın pozmasın.
Yeni rəngin yaradılması 4 aya, dəri ilə tərtibat- 9 aya, eksklüziv karbon salonun yığılması isə bir il çəkə bilər. Eyni zamanda, prosesi sənədləşdirərək, müştəriyə iki həftədə bir dəfə, müştərilərə yeni şəkillər göndərilir. Şirkət bir ildən çoxdur ki, fərdiləşmə ilə məşğul olan alıcının olduğunu qeyd ediblər.
Xatırladaq ki, yarışçı Albert Divonun şərəfinə adlandırılan Divo hiperkarı, Chiron modelinin bazasında inşa edilib, lakin donorundan ciddi şəkildə fərqlənir - Divo özünəməxsus işıq texnikasına, kuzov dəstinə, şassi tənzimləmələrinə və 35 kiloqram azaldılmış çəkiyə malikdir. Avtomobilin trek üçün yaradıldığı üçün, onun maksimal sürəti 420-dən 380 km/saata endirilib. Bununla belə, onun yerəbasma qüvvəsi 90 kiloqram artırılıb.
Divo modeli Nardo test trekində təkcə Chiron modelini deyil, həm də Chiron Sport hiperkarını da üstələyir. Bu üstələmə təkcə dinamika ilə məhdudlaşmır - qiymət baxımından da Divo hər iki modeli qabaqlayır. Hiperkarın qiyməti 5 milyon avro təşkil edir.