Ferrari LaFerrari hibrid supercarı, iyirmi birinci əsirdə buraxılan avtomobillər arasında hərracda satılan ən bahalı avtomobil olmuşdur. RM Sotheby’s hərrac evində keçirilmiş hərraclarda LaFerrari yeddi milyon dollara satılmışdır. Satışdan əldə edilən vəsait, bu il İtaliyada baş vermiş zəlzələdən zərər çəkmiş insanlara yönəldiləcəkdir.
Hərraca çıxarılmış unikal superkar istehsalçının kolleksiyasında olan beş yüzüncü avtomobildir. İtalyan superkar istehsalçısı 499 ədəd LaFerrari buraxmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, bütün avtomobillər qabaqcadan sifarişlə satılmışdırlar. Yeddi milyon dollara satılmış avtomobil qırmızı rəngə boyanmış və ağ rəngli dekorativ haşiyələrə malikdir. Bundan başqa, superkarın ön hissəsində italyan bayrağı təsvir edilmişdir ki, bu da istehsalçının ölkəsinə etdiyi hədiyyəni təcəssüm edir.
Motor1 saytının dərc etdiyi məlumatda hərracın 10 dəqiqə çəkdiyi bildirilmişdir. Nəticədə avtomobil onun baza qiymətini beş dəfə və LaFerrari modelinin əvvəlki hərrac nəticəsini 1,8 milyon dollar üstələyən qiymətlə satılmışdır. Ferrari LaFerrari modeli tərkibinə 6,3-litrlik atmosfer tipli V12 mühərriki, 120 kilovatlıq elektromotor və litium-ion akumulyatorlar dəsti və yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu daxil olan güc qurğusu ilə hərəkətə gəlir. Bu qurğunun ümumi gücü 963 at qüvvəsi təşkil edir.