Bu gün, Honq Konqda fəaliyyət göstərən Deer Jet əməliyyat operatorunun sahib olduğu Boeing 787 Dream Jet (BBJ 787 VVIP) barədə danışacağıq.
Şirkətin Boeing 787-8 Dream Jet adlandırdığı dəbdəbəli layner 18.5 saat ərzində (16.000 km) fasiləsiz uçuş edə bilər. Məsələn, layner Londondan Avstraliyanın Pert şəhərinə fasiləsiz uçuşu həyata keçirmək iqtidarındadır. Eyni zamanda, layner cəmi 40 sərnişini qəbul edə bilər (kommersiya versiyasında sərnişin tutumu 240-335 nəfərdir). Qonaq salonu 18 sərnişini qəbul edə bilər. Əsas «launc» isə, bir neçə yerə bölünür ki, burada danışıqlar aparmaqla yanaşı, həm də yaxşı istirahət etmək də mümkündür. Biznes cetin təchizatına daxil olan bütün əyləncə sistemlərini ətraflı təsvir etməyə dəyməz, çünki onları sadlamaqdansa, avadanlıq siyasına nəyin axil olmadığını yazmaq daha asandır.
Deer Jet şirkəti təyyarənin gövdəsinin karbon lifindən hazırlandığını vurğulayır ki, bu da onun konstruksiyasını daha da yüngülləşdirir və yanacaq sərfiyyatını azaltmağa xidmət edir. Lakin, bu uçan mehmanxanaya daxil olan şəxs qiymətin "ikinci dərəcəli" məsələ olduğunu anlayır. Kabinədə yayılan təzə və təmiz hava sərnişinlərin qalma şəraitini yaxşılaşdırır: filtrlərdən keçən hava kütləsi tamamilə toz və bakteriyalar təmizlənir.
"Adi sərnişin təyyarələrinin əksəriyyətində salondakı təzyiq dəniz səviyyəsindən 7.500 ilə 8.000 fut arasında dəyişir. Boeing'in sözlərinə görə, belə təzyiq uçuş zamanı heç də yaxşı əhval-ruhiyyə yaratmır. 30.000 fut yüksəklikdə uçan 787 laynerinin salonundakı təzyiq 6.000 fut səviyyəsində olur. Testlər sübut edir ki, dəniz səviyyəsindən 6000 fut hündürlüyə qədər təzyiqi olan , göyərtədə sərnişinlər, 18 saatlıq uçuş zamanı belə, özlərini daima rahat hiss edirlər", - Deer Jet nümayəndələri qeyd ediblər.
Deer Jet şirkəti, Dream Jet laynerini idarə etmək üçün, ən yaxşı pilotları və birinci dərəcəli kabin heyətini seçərək, misilsiz xidmət səviyyəsi və əla uçuş rahatlığını təmin edir. Pilotlar beynəlxalq uçuşlarda 2.000 saatdan çox uçuş ediblər və onların ümumi təcrübəsi 10 min uçuş saatından çoxdur. Ana şirkəti olan HNA Group qrupunun 787 təyyarəsini idarə edə bilən minə yaxın pilotundan yalnız 12 nəfəri "Dream Jet" komandasının üzvü olmaq imkanı əldə ediblər.
Deer Jet şirkətinin olan "Xəyal qrupu" 7 ulduzlu qonaqpərvərlik standartlarına uyğun çalışır, göyərtə eşikağası kimi çıxış edir və müştərilərdə hər bir uçuş zamanı müxtəlif duyğularla oyadır. Bunun üçün interyer və salonun rəngi tez-tez dəyişdirilir: incə aksesuarlar və qiymətli kristallar kolleksiyası ilə bəzədilir, yastıqlar, gümüş süfrə dəsti və çini qablar dəyişdirilir.
787 Dream Jet laynerinin 1 saatlıq fraxt dəyəri 500.000 yuan (təxminən 55.000 funt) təşkil edir.