Dodge şirkəti 717 at qüvvəli Challenger Hellcat modelini mexaniki transmissiyadan məhrum edib. Dodge konfiquratorundan 6-pilləli Tremec mexaniki ötürmələr qutusunun yoxa çıxmasını Road&Track portalı aşkarlayıb. Amerikan istehsalçısı isə, çeşidin ixtisara salınıdığını təsdiq edib. Şirkətdən mexaniki qutulu Challenger Hellcat modelinin buraxılışının keçən ilin noyabrında dayandırıldığı, lakin mexaniki transmissiyanın yenidən tənizmləndikdən sonra geri qaytarılacağı bildirilib.

Cari Dodge Challenger modeli artıq 14 ildir ki, buraxılır və transmissiyanın yenidən tənzimlənməsi bir qədər qəribə görünür. Çox güman ki, tənizmləmələrin yenilənməsinə sərtləşən ekoloji normalar səbəb olub. Dodge markası Challenger Hellcat modelinin nə zaman Tremec mexaniki transmissiya ilə əlçatan olacağını bildirməyib.

Hazırda Dodge konfiquratorunda 8-pilləli Torqueflite avtomatik ötürmələr qutusu üç min dollar qiyməti olan opsiyadır. Belə trasnmissiya ilə, Challenger Hellcat modeli 60 mil/saat (97 km/saat) həddinə 0,3 saniyə daha yeyin sürətlənir, dörddə bir mil dreq məsafəsini isə 11,9 saniyəyə qət edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

717 at qüvvəli (881 Nm) 6,2-litrlik kompressorlu V8 mühərriki ilə mexaniki transmissiyanın tandemi Challenger Hellcat modelini fərqli edirdi. Mexaniki transmissiyaya üstünlük verənlər V8 atmoisfer mühərriki ilə hərəkətə gələn R/T və Scat Pack versiyalarına nəzər sala bilərlər.

Ən ucuz Dodge Challenger Hellcat modeli ABŞ-da 68.320 dollara satılır.Stellantis konsernindən kompressorlu V8 mühərriklərinin son günlərini yaşadığını bildiriblər. Dodge şirkəti də tamamilə elektrik ötürməsinə keçməyi planlaşdırır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.