79 yaşlı irlandiyalı Rozmari Smit Paul Rickard avtodromunda 800 at qüvvəli Formula 1 bolidinin sükanı arxasında dövrə vurub. Bu yürüş Renault Sport F1 komandasının 40 illik yubileyi şərəfinə keçirilib.
Gəncliyində Smit dərzi sənətinə yiyələnmiş və hətta şəxsi paltar mağazasına da sahib olmuşdur.
Günlərin birində mağazanın müştərisi Rozmarini rally yarışlarında şturman qismində iştirak etməyə dəvət edib. Bundan bir müddət sonra qadın biznesinı ataraq diqqətini tamamilə yarışlara yönəldib. Əvvəlcə Smit yarışlarda şturman qismində çıxış etsə də, sonradan pilot olmuşdur. Beləliklə, Rozmari ömrünün əksər hissəsini yarışlara həsr edib. Hazırda o şəxsi sürücülük məktəbinə rəhbərlik edir. Bu günlərdə Renault şirkəti Avropada maraqlı kampaniyaya başlayıb. İstehsalçı istənilən şəxsə Formula 1 bolidinin sükanı arxasında özünü sınamağı təklif edir.
Bunun üçün diler mərkəzində qeydiyyata düşüb istənilən avtomobilin test-drayvını həyata keçirmək lazımdır. 10 qalib Formula 1 bolidində dövrə vurmaq şansına malik olacaqdır.