Mercedes-Benz şirkəti OM 654 və OM 656 turbodizelləri ilə təchiz edilmiş avtomobillərin alışma risqinin olduğunu bildirib. Soyutma mayesinin sızması ucbatından C, E, CLS və S-Class modelləri, habelə E-Class kupe və kabrioletləri, GLC, GLE, GLS və G-Class ofrouderləri yanğın təhlükəsi ilə üzləşə bilərlər. Mercedes-Benz bu avtomobillərin sahiblərinə nasaz avtomobillərdən istifadəni “mümkün minimuma” endirməyi tövsiyyə edib. Geriçağırma kampaniyasının başlanılmasına ehtiyat hissələrinin çatışmazlığı mane olur.
Alman Bild nəşri Mercedes-Benz şirkətinin bu defektdən zərər görmüş 800 minə yaxın avtomobil sahiblərinə göndərdiyi məktubun surətini dərc edib. Avtomobil istehsalçısı “alışma risqinin istisna edilmədiyini”, lakin defektin aradan qaldırılması üçün lazım olan detalların əldə olmadığını bildirib.
Geriçağırma kampaniyası lazım olan komponentlərin əlçatan olması ilə başlayacaqdır. Hələlik isə, alman istehsalçısı “nəqliyyat vasitələrindən diqqətlə istifadə etməyi”, “istismarı minimuma endirməyi” və təcili olaraq dilerə müraciət etməyi tövsiyyə edib.
Soyudu mayenin sızmasl dizel mühərrikli C-Class (W205, S205), CLS-Class (C257), E-Class (W213, S213, A238, C238), GLC-Class (X253, C253), GLE-Class (V167, C167), GLS-Class (X167), G-Class (W463 1-ci nəsil), həmçinin 2017-ci ilin yanvarından 2021-ci ilin oktyabrına qədər buraxılmış S-Class (W222, W223) modellərində baş verə bilər.
Ötən ilin mart ayında Mercedes-Benz dünya üzrə 264 mindən çox avtomobili yanğın təhlükəsi səbəbindən geri çağırsa da, o zaman alman nəhəngi nasaz avtomobilləri dərhal təmir etməyə hazır idi.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.