Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) 22 iyul Milli mətbuat günü münasibətilə ölkənin avtomobil sektorunun inkişafı və bu sahədə mövcud olan problemləri mütamadi olaraq işıqlandıran bir sıra KİV-ləri və jurnalistləri xüsusi «Təşəkkürnamə diplomları» ilə təltif etmişdir.

AADA-nın press-relizində deyilir: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə həyata keçirilən «Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı» çərçivəsində görülən işlərin daim diqqət mərkəzində saxlanılması, ölkədə avtomobil parkının cavanlaşması, ətraf mühitin qorunması, cəmiyyətdə sürücülük mədəniyyətinin aşılanması  və s. məsələləri əhatə edən aktual materialların hazlrlanmasına görə kütləvi informasiya vasitələrinə, eləcə də müstəqil jurnalist və bloqerlərə təşəkkür edir, bu çətin və məsuliyyətli missiyaların həyata keçirilməsində qətiyyət və davamlı yaradıçılıq uğurları arzulayırıq. 

Təşəkkürnamələr aşağıdakı KİV və media nümayəndələrinə AADA-nın toplantısında təqdim ediləcək:

1. Rahim Tarıverdiyev (Mediapost.az)
2. Fərid Şahbazlı (Editor.az)
3. Bizimyol.info 
4. Marja.az 
5. Ictimai TV
6. Arb 24
7. Avtosfer.az
8. Tural Yusifov
9. Elgün Xıdırov
10. Rəhim Əıiyev
11. Ragif Raufoğlu