Kaskadyor Alaster Moffat Abarth 124 rodsterinin sükanı arxasında Ginnesin rekordlar kitabının yeni rekorduna imza atıb. O, iki parkanmış avtomobilin arasında beş dəfə səkkiz rəqəmini hər kəsdən yeyin «yazıb». O, bu əməliyyata 45,66 saniyə sərf edib.
Rekordu qeydə almaq üçün Abarth 124 rodsterinin seriya variantı istifadə edilib. Avtomobilin mühərrik və transmissiyasında heç bir dəyişiklik olmayıb, yalnız rodsterin stabilizasiya sistemi söndürülmüş və təkərlərin alfalt ilə ilişmə səthini azaltmaq üçün təzyiqi artırılmışdır. Hələlik, rekordun videoyazısı dərc edilməyib.
Abarth 124 170 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,4-litrlik MultiAir Turbo mühərriki ilə təchiz edilir. Terindən 100 km/saat həddinə rodster 6,8 saniyəyə sürətlənir. Rodsterin maksimal sürəti 232 km/saatdır.