Fiat şirkətinin idman markası olan Abarth bölməsi öz müştərilərini yeniliklər o qədər də tez-tez sevindirmir, buna görə вэ mövcud olan modellərin iki xüsusi versiyası artıq böyük hadisə sayılır. Bu versiyalar "tərz və ehtiras" şüarı altında yaradılıb. Xüsusi versiyaların əsasını dörd il ərzində heç bir dəyişiklik olmadan istehsal edilən Abarth 595 Turismo hetçbeki təşkil edir.
Abarth 595 Monster Energy Yamaha hetçbeki Yamaha YZR-M1 MotoGP 2020 yarış baykı ilə eyni rəng sxemində boyanıb(Yamaha ilə marketinq əməkdaşlığı 2015-ci ildə başlanıb). Buna baxmayaraq hetçbeki qara rəngdə də sifariş etmək mümkündür. Bundan başqa, avtomobil 17-düymlük orijinal təkər disklərinə və salonun müvafiq tərtibatına malikdir.
Abarth 595 Scorpioneoro variantı isə, 150 nüsxəlik tirajla buraxılmış 1979-cu ilin Autobianchi A112 Abarth Gold Ring kolleksiya modelinin üslubunda tərtibata malikdir. Bu variantın seçilən xüsusiyyətləri qızılı işləmələrə malik olan qara kuzovu və qızılı rəngdə orijinal 17-düymlük təkər diskləridir. Hetçbekin salonunda bənzər dekoru, dəri oturacaqları və Breil xronoqrafını görmək olar.
Texniki hissədə dəyişikliklər yoxdur. Abarth 595 Turismo modeli kimi, hər iki versiya 164 at qüvvəli 1.4 T-Jet turbomühərriki və amplitudan asılı amortizatorları olan asqı ilə təchiz edilirlər. Beş pilləli mexanika ilə tandemdə çalışan güc aqreqatı hetçbekləri 100 km/saat həddinə 7.3 saniyəyə sürətləndirir. Opsional bir muftalı "robot" bu göstəricini 7.4 saniyəyə qədər artırır. Maksimum sürət 218 km/saatdır.
Monster Energy Yamaha və Scorpioneoro versiyalarının hər biri 2000 nüsxəlik tirajla buraxılacaqdır. Hər bir avtomobilin salonunda xatirə lövhəsi qoyulacaqdır. Lakin, nədənsə bu lövhədə avtomobilin seriyadakı nömrəsi göstərilməyəcəkdir. Abarth markasının Avropa dilerləri artıq xüsusi hetçbeklərə sifarişləri qəbul edirlər.