«Bərkgedən» Fiat avtomobillərinin yaradılması ilə məşhurlaşmır Abarth atelyesi yenilənmiş Fiat 500 hetçbekinin bazasında yaradılmış «qaynar» Fiat 595 Abarth modelini təqdim etmişdir. Yenilənmiş 595 modeli eksteryer və interyerin yeni elementləri və gücü beş at qüvvəsi artırılmış mühərriklə təchiz edilir. Prinsipcə, yenilənmiş 595 modelinin əldə etdiyi yeniliklər standart 500 modeli ilə eynidir - avtomobilin ön fənərlərinin forması, ön və arxa bamperi, arxa fənərləri yenilənmişdir. Avtomobilin ön bamperində yumru formalı işıqdiodlarından hazırlanmış gündüz hərəkət işıqları quraşdırılımışdır.
595 Abarth modelinin interyerinin tərtibatında alkantaradan daha geniş istifadə edilmişdir. Əlavə ödəniş etməklə, sabelt firması tərəfindən xüsusi olaraq Abarth üçün hazırlanmış Corse idman oturacaqlarını da sifariş etmək mümkündür. Avtomobilin baza variantı gücü 140 at qüvvəsindən 145 at qüvvəsinə qədər artırılmış 1,4-litrlik turbomühərriklə təchiz edilir. 595 Turismo modifikasiyasının mühərrikinin gücü isə 160 at qüvvəsindən 165 at qüvvəsinə qədər artırılmışdır. Hetçbekin ən güclü variantı olan 595 Competizione modifikasiyasının gücü dəyişilməz qalmışdır - mühərrik əvvəlki kimi 180 at qüvvəsinə malikdir.
Abarth 595 modelinin təchizatına özüqapanan differensial, Konu FSD amortizatorları və Brembo əyləc mexanizmləri daxildir. Bundan əlavə, avtomobilin salonunda sükanın və akseleratorun reaksiyasını artıran Stop düyməsi də quraşdırılmışdır. Avtomobil həmçinin, Apple CarPlay və Android Auto funksiyalarını dəstəkləyən multimedia sistemi ilə də təchiz edilir.
Yenilənmiş Abarth 595 modelinin satışlarının başlanma tarixi və qiyməti açıqlanmamışdır. Yenilənmədən öncə «qaynar» hetçbek 18190 avroya satılırdı.