Abarth Racing komandası yeni hazırladığı 595 OT yarış avtomobilini təqdim etmişdir. İtalyan komandasının «yüksək rəqabətli» kimi səciyyələndirdiyi avtomobil Tourism Championship və Abarth Selenia Trophy yarışlarında iştirak etmək üçün hazırlanmışdır. Appenin yarımadasından olan şirkət avtomobil haqqında geniş məlumat verməsə də, onun 190 at qüvvəsi olan 1,4-litrlik turbomühərriklə hərəkətə gəldiyini bildirmişdir.
Bununla belə, istehsalçı avtomobili da sürətli edən yeni məhsuldarlıq dəsti ilə təchiz etməyi təklif edir. Bu dəstin tərkibinə idman xarakterli səsboğucu sistem və 12-düymlük «üzən» əyləc diskləri daxildir.
Abarth 595 OT yarış avtomobilinin təchizatına yüngülləşdirilmiş OZ Racing diskləri, Michelin şinləri, idman oturacaqları, boruşəkillli təhlükəsizlik karkası və öndə quraşdırılmış yedək qarmağı daxildir. Hal-hazırda arzulayanlar avtomobili sifariş edə bilərlər. Bununla yanaşı, 500 Assetto Corse modelinin sahibləri öz avtomobillərini 595 OT modelinə çevirmək imkanına malikdirlər.
Avtomobilin qiyməti elan edilməsə də, Abarth rəhbərliyi qiymətlərin müvafiq dərəcədə əlverişli olacağını bildirmişlər.