Fiat 600e krossoverinin drayver versiyasının buraxılacağı barədə məlumat cari ili fevral ayında peyda olub. O zaman, Stellantis konserni yeniliyin yalnız bir şəklini və onun haqqında müəyyən məlumat dərc etməklə kifayətlənmişdi. İndi isə, Abarth 600e elektrik krossoverinin eksteryer və inteyrerinin təsvir olunduğu şəkillər dərc edilib. Bundan əlavə, ilkin olaraq, xüsusi Scorpionissima versiyasının debüt edəcəyi açıqlanıb - yəni italyanlar yeni modelləri təqdimatı zamanı salamlama versiyasından başlamaq kimi sevimli strategiyalarından istifadə ediblər.
Zahiri cəhətdən, idman üslublu Abarth 600e Scorpionissima modeli adi versiyadan genişləndirilmiş kuzov dəsti ilə fərqlənir. Künclü-bucaqlı ön və arxa bamperlər ralli ilə assosiasiya oyadır, baxmayaraq ki, hava kanallarının əksəriyyəti sırf dekorativ xarakter daşıyırlar. İdman xarakterini arxadakı iri diffuzor və karbondan antiqanad vurğulayır. Krossover 20-düymlük disklərə malikdir.
Abarth 600e Scorpionissima modelinin interyerində dəri və alkantaranın kombinasiyasından istifadə edilir, standart oturacaqlar inkişaf etmiş yan dəstəyi olan “çalovlar” ilə əvəzlənib. İdman sükanı böyük sıfır mövqeyi işarəsi ilə seçilir. İnteryer parlaq sarı vurğularla bəzədilib. Avadanlıqlardan daxili yanma mühərrikinin səsini dinamiklər vasitəsilə sintez edən audio sistemi vurğulamağa dəyər.
Abarth 600e Scorpionissima modelinin texniki xüsusiyyətləri istehsalçı tərəfindən gizli saxlanılır. Yalnız onun gücü təsdiqlənib - 240 at qüvvəsi. Bu 600 modelini Abarth brendinin tarixindəki ən güclü minik avtomobili edir.
Bundan əlavə, yüksək sürtünməli mexaniki differensialının mövcudluğu və Formula E çempionatının təchizatçısı ilə birgə hazırlanmış xüsusi şinlərin quraşdırıldığı açıqlanıb. Hələlik nə ötüürmənin növü, nə də elektrik mühərriklərinin sayı məlum deyil, lakin çox güman ki, Abarth 600e, adi Fiat 600e elektrik krossoveri kimi ön ötürməli olacaq.
Scorpionissima xüsusi versiyası Abarth brendinin yaranması ilinin şərəfinə 1949 nüsxəlik tirajla buraxılacaq. Brendin ən güclü avtomobilinin tam ölçülü debütü iyun ayına planlaşdırılıb.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.