1974-cü ildə debüt etmiş Fiat 131 modeli, bu gün küçələrimizdə şütüyən Lada avtomobillərinə həyat verən Fiat 124 modelini əvəz etmişdi. Üstəlik, bu dördgözlü avtomobil ralli yarışlarının daimi iştirakçısına çevrilmişdi: Fiat 131 Abarth Rally kupesi 1976-cı ildə traslara çıxdı və sonradan beynəlxalq rallidə 18 qələbə qazandı. Fiat 131 modeli 1982-ci ilə qədər rallidə iştirak edib və Abarth bölməsi sonuncu yarışın 40 illiyi şərəfinə kolleksiya modeli olan 695 Tributo 131 Rally hetçbekini buraxıb.
Təəssüf ki, bu, bir neçə ildir istehsal olunan adi Abarth 695 seriya hetçbekinin sadəcə bir variantıdır. Üstəlik, heç bir texniki dəyişiklik nəzərdə tutulmayıb. Hetçbekin təchiz olunduğu 1.4 T-Jet turbomühərriki 180 at qüvvəsi və 250 Nm hasil edir, mexaniki və ya robotlaşdırılmış transmissiyalar ilə tandemdə çalışır. Bütün təkərlər amplitutadan asılı Koni amortizatorları və Brembo əyləcləri ilə (öndə dörd porşenli mexanizmlərlə) ilə təchiz edlir. Hetçbek 100 km/saat həddni toplamağa 6,7 saniyə sərf edir, onun maksimal sürət isə, 225 km/saatdır.
Yeni xüsusi versiyanın əsas xüsusiyyətləri təkər tağlarının təzadlı genişləndiriciləri, 17-düymlük orijinal təkər diskləri, tarixi mavi kuzov rəngi (boz rəngi də seçmək olar), həmçinin qapılarda, ön paneldə və oturacaqların arxa hissəsindəki həkk edilmiş Fiat 131 modelinin siluetdir. Bundan əlavə, ön oturacaqlar mavi rəngli əlavələr və tikişlərlə bəzədilib.
Bundan əlavə, Tributo 131 Rally versiyası baza modeli üçün əlavə ödənşlə əlçatan olan bir sıra opsiyalarla standart olaraq təchiz edilir. Məsələn, bir-birinin üstündə yerləşən iki cütlənmş çıxış borusu olan Record Monza Sovrapposto buraxılış sistemi, habelə tənzimlənən arxa spoyler. Spoylerin hücum bucağı 0-60 dərəcə diapazonunda (cəmi 12 mövqe) əl ilə dəyişdirilə bilər, onun ən aqressiv mövqeyi yerəbasma qüvvəsini 42 kiloqram artırır.
Çatdırılmalarına bu yay başlanacaq Abarth 695 Tributo 131 Rally hetçbekinin tirajı 695 nüsxə ilə məhdudlaşdırılıb. İtaliyada xüsusi versiya 37 min avrodan başlayan qiymətlərlə satılır, baza Abarth 695 modeli isə, vətənində 31 min avroya başa gəlir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.