Abarth brendinin tarixindəki ən güclü avtomobil Stellantis Motorsport bölməsinin dəstəyi ilə yaradılacaq. Fiat 600e modelinin bazasında yaradılmış elektrik krossoveri Abarth 500e hetçbekindən nəzərəçarpacaq dərəcədə güclü olacaq (155-ə qarşı 240 at qüvvəsi) və orijinal platformaya əsaslanacaq. Bu platformanı qabaqcıl texnologiya, yarış təcrübəsi və mühəndislik nou-haularının toplusu kimi səviyyələndirirlər. Bu adi bir eCMP platforması olsa da, ciddi şəkildə modernləşdiriliyi üçün onu Perfo-eCMP adlandırııblar.
Güc qurğusuna əlavə olaraq, yeni Abarth elektromobili asqının tənzimləmələri ilə fəqlənəcək və elektrik ötürməsi üçün xüsusi olaraq hazırlanmış özükilidlənən diferensialı alacaq. Krossover həmçinin daha güclü əyləclərə və Formula E bolidindəkinə bənzər tərkibi olan yumşaq şinləri əldə edəcək. Onlar döngələrdə daha yaxşı yol tutuşunu təmin edəcək və poliuretan əlavələr sayəsində səs-küy səviyyəsi 25% azalacaqlar. Salonda yarış erqonomikasına malik olan və dörd növ köpük doldurulmuş rahat oturacaqlar qurşadırılacaq.
Abarth elektrik seqmentində hələlik yalnız bir modellə təmsil olunur. Abarth 500e (155 at qüvvəsi, 235 Nm) hetçbeki dinamika baxımından daha güclü 695 (180 at qüvvəsi, 250 Nm) modeli ilə müqayisədə bir qədər geridə qalır: 100 km/saata sürətlənmə (batareyanın ən azı 90% dolu olması şərti ilə) yeddi saniyə çəkir, daxili yanma mühərriki olan avtomobilə isə, bunun üçün 6,7 saniyə tələb olunur. Üçqapılı elektromobilin maksimal sürəti 155 km/saat həddində məhdudlaşdırılıb. Müqayisə üçün: Abarth 595 modelində bu göstərici 218, Abarth 695 hetçbekində isə ümumiyyətlə 225 km/saatdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.