Beləliklə, Abarth markası da artıq elektrik ötürməsinə keçdiyini bəyan edib: Avropada, 2020-ci model ilinin Fiat 500e seriya hetçbekinin əsasında hazırlanmış “batareyalı” Abarth 500e “qaynar” hetçbeki təqdim olunub.

Üstəlik, şirkət elektromobilin bu markanın tarixindəki ən yaxşı Abarth modelinin olduğunu iddia edir və hətta onun üçün xüsusi “More Abarth than ever” (“Hər zaman olduğundan daha çox Abarth”) şüarını təsis edib. Benzin mühərrikli Abarth modelləri ilə müqayisədə, elektrokar çəkinin optimal bölünməsi, artırılmış təkər bazası və qaz pedalına ani reaksiya kimi üstünlüklərə malikdir.

Ancaq elektrokar orijinal Fiat elektrokarından o qədər də fərqlənmir. Məsələn, ön oxa quraşdırılmış elektrik mühərrikinin gücü 155 at qüvvəsi və 235 Nm bərabərdir. Fiat markasının top versiyasında isə, bu göstəricilər 118 at qüvvəsi və 220 Nm təşkil edir. Bu göstəricilərə görə, elektromobil 165 at qüvvəsi və 230 Nm fırlanma anı hasil edən 1,4-litrlik T-Jet turbomühərrikilə hərəkətə gələn Abarth 595 hetçbek ilə müqayisə edilə bilər.

Döşəmənin altında Fiat elektromobilində olduğu kimi, 42 kilovat/saatlıq litium-ion batareyası quraşdırılıb. Lakin pasport üzrə yürüş ehtiyatı WLTP dövrünə əsasən 250 kilometrdir (- 50 kilometr). Standart daimi cərəyanlı yükləmə cihazı 85 kilovat gücündədir. Bununla belə, belə bir elektrik hetçbekinin çəkisi demək olar ki, 1,4 tondur! Müqayisə üçün, Abarth 595 modelinin çəkisi 1044 kiloqramdır.

Tərtibatçılar elektromobilin benzin hetçbekdən nəzərəçarpacaq dərəcədə dinamik olduğunu iddia edirlər və bunu əyani şəkildə sübut etməyə hazırdırlar və hətta müqayisə üçün 180 at qüvvəli turbomühərrikə malik daha güclü Abarth 695 hetçbekini götürüblər.

Məsələn, benzin mühərrikli Abarth 40-dan 60 km/saata qədər 2,5 saniyəyə sürətlənirsə, elektrik mühərrikli Abarth bu işə cəmi 1,5 saniyə sərf edir. Əgər hər iki avtomobil eyni vaxtda 60 km/saat həddindən sürətlənməyə başlayarlarsa, elektrik avtomobili 100 km/saata çatanda, benzin mühərrikli Abarth yalnız 91 km/saat həddini toplaya biləcəkdir.

Elektromobilin yerindən 100 km/saat həddinə sürətlənməsi düz yeddi saniyə çəkir, ancaq bu zaman batareya ən azı 90% dolu olmalıdır. Batareyanın cərəyanının az olması halında sürətlənmənin nə qədər çəkəcəyi barədə  məlumat açıqlanmayıb. Müqayisə üçün: Abarth 595 modeli bu işə 7,3 saniyə sərf edir, Abarth 695 modelinə isə 6,9 saniyə gərəkdir.

Elektromobilin maksimal sürəti 155 km/saat həddində məhdudlaşdırılıb, benzin mühərrikli hetçbeklər isə 218-225 km/saata qədər sürətlənirlər. Üç hərəkət rejimi var: əsas Turismo (mühərrikin hasilatı 136 at qüvvəsi və 220 Nm ilə məhdudlaşır), “qaynar” Scorpio Street (aktiv rekuperasiya ilə tam hasilat) və Scorpio Track (rekuperasiya söndürülür).

Janrın qanunlarına əsasən, Abarth 500e yenidən işlənmiş asqiya və gücləndirilmiş əyləclərə malikdir: ön əyləc disklərinin diametri 281 millimetr, arxa disklərin isə 278 millimetrdir. “Qaynar” Abarth elektromobili orijinal Fiat hetçbekindən bamperləri, arxa diffuzoru və 18-düymlük təkər diskləri ilə fərqlənir.

Salonda idman oturacaqları, fərqli sükan çarxı, zamşa ilə genişləndirilmiş tərtibat, metal örtməli pedallar və digər dekor var. Üstəlik, Abarth elektrokarının özünəməxsus saundtreki var. 

Hetçbekin işə salınması zamanı dinamiklərdən gitara gurultusu eşidilir, digər hadisələrin səsləndirilməsi üçün isə, xüsusi səslər hazırlanıb. Nəhayət, əlavə ödəniş qarşılığında Abarth benzininin mühərrikinin səsinin təqlidi də təklif olunur.

Əvvəlki modellər kimi, Abarth 500e modeli də qatlanan ənənəvi üçqapılı və qatlanan damı olan yarımkabriolet kimi təklif olunur. İlkin olaraq, 1949 nüsxəlik məhdud saylı tirajla buraxılacaq Scorpionissima “xoşgəldin” versiyası sifarişlər üçün əlçatan olacaqdır. Belə avtomobillər maksimal təchizata (şüşə dam, dairəvi müşahidə kameraları, JBL səs sistemi və digər) və xüsusi dekorasiya malikdirlər. Hetçbekin qiyməti 43 min, yarımkabrioletin isə 46 min avrodur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dekabr ayından etibarən sifariş üçün daha sadə variantlar əlçatan olacaqlar. Qiymətlər hələlik açıqlanmayıb, lakin elektromobillər istənilən halda benzin mühərrikli avtomobillərdən baha olacaqlar.

Məsələn, hazırda Abarth 695 modelinin qiyməti 30 min avrodan başlayır. Avropada satışlara gələn ilin iyununda başlanmalıdır. Bundan başqa, Abarth 500e modeli Cənubi Amerika və Yaponiyada da satışa çıxarılacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.