Fiat şirkəti Abarth markası altında öz avtomobillərinin “bərkgedən” versiyalarını buraxır, lakin onların assortimenti çox azdır. Cari çeşiddə yalnız Fiat 500 hetçbeklərinin müxtəlif variantları var: güclü Abarth 595 və Abarth 695 modelləri yalnız Avropa bazarında satılırlar. Bu yaxınlarda Abarth markasının model çeşidinə krossover də peyda olacaqdır. Lakin bu Avropada deyil, Braziliyada baş verəcəkdir.
Fiat vaxtı ilə Braziliyada Abarth brendini populyarlaşdırmağa cəhd edib. 2002-ci ildə Braziliya bazarında 167 at qüvvəli 2,4-litrlik beşsilindrli mühərriklə təchiz edilmiş Fiat Stilo Abarth hetçbeki peyda olub, lakin cəmi 942 avtomobil satılıb. 2014-cü ildə yerli model çeşidində 167 at qüvvəli 1,4-litrlik mühərriki olan Fiat 500 Abarth modeli debüt edib. Bu model cəmi 283 alıcısını tapıb. İndi isə Fiat üçüncü cəhdə əl atıb və bu dəfə işə daha ciddi yanaşıb – italyan istehsalçısı xüsusi olaraq yerli müştərilərin zövqlərinə uyğun gələn avtomobili hazırlayıb.
Bu gün təqdim edilmiş avtomobil Fiat Pulse Abarth adlanır – bu, lokal Fiat Pulse krossoverinin “bərkgedən” versiyasıdır: 4,1 metr uzunluğu olan krossover Fiat Argo hetçbekinin əsasında yaradılıb. Adından göründüyü kimi, avtomobil əvvəlki kimi Fiat olsa da, onun kuzovunda ana brendin bir ədəd olsun belə loqotipi yoxdur - kuzovda yalnız Abarth markasının əqrəbləri var. Çox güman ki, “ikili brend” yeni modelin mövqeləndirməsini daha dəqiq çatdırmaqdır.
Təəssüflər oldun ki, avtomobil barədə məlumat çox azdır. “Bərkgedən” krossoverin satışları bu ilin dördüncü rübündə başlanmalıdır. Odur ki, Fiat şirkətinin təfərrüatları dərc etməyə klifayət qədər vaxtı var. Fiat Pulse Abarth modeli adi krossoverdən yeni bamperləri, 18-düymlük təkərləri, buraxılış sisteminin iki çıxış borusu və seçilən dekoru ilə fərlqənir. Krossoverin 185 at qüvvəli 1,3-litrlik turbomühərriki, gücləndirilmiş asqı və güclü əyləclərlə təchiz ediləcəyi gözlənilir. Ötürmə - yalnız ön oxadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.