Abarth şirkəti italyan yük avtomobilləri istehsalçısı olan Iveco şirkəti üçün Stralis XP TCD02 Champion adlı xüsusi seriyadan olan "idman" yük avtomobillərini hazırlamışdır.
Bu avtomobillər Abarth yarış komandası ilə Iveco şirkəti arasında bağlanmış tərəfdaşlıq müqaviləsinə əsasən yaradılmışdır. Növbəti üç ildə Iveco şirkəti Abarth komandasının rəsmi yükdaşıyıcısı rolunda çıxış edəcəkdir. "İdman" dartqı avtomobilləri adi yük avtomobillərindən kosmetik dəyişikliklər ilə seçiləcəkdir.
Bu, əsasən, Abarth markasına məxsus olan rəng sxemində olan elementlərdir. Ağ rəngli kuzova malik olan yük avtomobilləri qırmızı zolaqlarla və qara elementlərlə bəzədiləcəkdirlər. Bundan başqa, avtomobillərin yan tərəflərində damalı bayraqlar çəkiləcəkdirlər. Yük avtomobillərinin interyeri də iki rəngli sxem üzrə tərtib ediləcəkdirlər. Yük avtomobillərinin sükan çarxı sıfır nöqtəsinin nişanı ilə bərabər seçilən tikişlərə də malik olacaqdırlar.
Abarth 124 və onun yarış variantı olan R-GT modelinin şərəfinə cəmi 124 ədəd xüsusi dartqı avtomobillərinin buraxılması nəzərdə tutulmuşdur. Abarth 124 R-GT avtomobili 300 at qüvvəsi olan 1.8-litrlik mühərrik və altı pilləli sekvental ötürmələr qutusu ilə təchiz edilir. Çəkisi bin kiloqramdan bir qədər artıq olan yarış avtomobili 150 min avroya satılır.