Abarth atelyesi “qaynar” 695 hetçbekinin yubiley versiyasını buraxıb. 695 75° Anniversario nəşri brendin 75 illik yubileyinə həsr olunub və məhdud saylı tirajla buraxılacaq. Adi Abarth 695 modeli ilə yubiley versiyası arasındakı əsas fərq, damdakı nəhəng “əqrəb” də daxil olmaqla, başqa heç bir avtomobildə tətbiq edilməyən dekordan ibarətdir.

Bu il Abarth brendinin 75 yaşı tamam olur. İtalyan atelyesi bu əlamətdar hadisəni qeyd etmək üçün məhdud saylı tirajla buraxılacaq Abarth 695 75° Anniversario yubiley nəşrini hazırlayıb . Hetçbekin tirajı 1398 nüsxədə məhdudlaşdırılıb ki, bu da onun mühərrikinin kubsantimetrlə olan iş həcminə işarə edir.

Avtomobil qızılla örtülmüş loqotipləri, çarpazlaşdırılmış porşenlər şəklində yapışdırmaları, qızıl rənginə boyanmış 17-düymlük təkər disklərini və havalandırılan diskləri olan Brembo əyləc mexanizmlərini əldə edəcək. 

Ancaq yubiley versiyasından olan hot-hetçin əsas bəzəyi, Abarth tarixində ilk dəfə olaraq, avtomobilin damına çəkilmiş iri əqrəb təsviridir - əlbəttə ki, bu element də digər dekorlar kimi qızıl rəngindədir.

Abarth 695 75° Anniversario modelinin salonunda karbon çərçivəli Sabelt oturacaqları, qara alkantara ilə örtülmüş ön panel və 7,0-düymlük displeyli olan multimedia sistemi var. 

Hetçbekin standart təchizatına Apple CarPlay və Android Auto tətbiqlərinin dəstəyi, Beats Audio səs sistemi, naviqasiya və Mopar Connect xidmətlərinə giriş var. Sonuncunun tərkibinə yolda yardım, yerləşmə mövqeyinin izlənilməsi, məsafədən diaqnostika və marşrut planlayıcısı daxildir.

Lakin texniki baxımdan heç bir dəyişiklik nəzərdə tutulmayıb. Abarth 695 75° Anniversario modelinin kapotunun altında 180 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1.4 T-Jet turbomühərriki var. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Abarth 695 hetçbeki 100 km/saat həddini 6,7 saniyəyə yığır və 225 km/saata qədər sürətlənir. Tezlikdən asılı Koni FSD amortizatorları və elektron idarələnən klapanı olan Record Monza buraxılış sistemi də “qaynar” hetçbek üçün standart avadanlıqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.