Mercedes pilotu Lyuis Həmilton ABŞ Qran Prisində inamlı şəkildə qalib gəlib. Həmiltonun qələbəsi və Bottasın əldə etdiyi beşincilik Mercedes komandasına Konstruktorlar kubokunu qazandırıb.

Yarışın startı sakit tərzdə keçib. Sönən işıqlara daha yaxşı reaksiya verən Fettel ilk döngədə Həmiltonu keçərək liderliyə yükəslib. Kimi Rəykkonen isə əksinə mövqe itkisinə məruz qalıb - Esteban Okon onu keçməyə müvəffəq olub. Fernando Alonso da startda Karlos Saynsı keçib. Dördüncü dövrədə bu həftəsonu problemlərlə üzləşən Niko Hülkenberq Renault’nu qaraja çəkərək yarışı tərk edib.

Uğursuz startda baxmayaraq Lyuis Həmilton təmkinliliyini qoruyub və gözləmə mövqeyini tutub.

Altıncı dövrədə rəqibinə hücum edən Həmilton gözəl manevrlə onu keçib. Bir dövrə sonra isə, Paskal Verlyayn yarışı tərk etməli olub: Maqnussenlə təmas yaşayan alman pilot zədə almış bolidini qarajda dayandırıb.

Liderlərdən ilk pit-stopa yollanan pilot Daniel Rikkardo olub - 13-cü dövrədə təkərlərini dəyişən Daniel üç dövrə sonra mühərrik problemi ilə üzləşərək yarışı tərk edib.  Fettel - 17-ci, Həmilton isə 20-ci dövrədə ilk pit-stoplarına yollanıblar. Fettel Həmiltona yaxın olsa da, SF70H bolidinin sürəti liderliyi qaytarmaq üçün kifayət etməyib. 26-cı dövrədə növbəti dəfə Honda mühərrikinin iflas etməsi Fernando Alonsonu yarışı tərk etməsi ilə nəticələnib. 

Yarışın ortalarında diqqətlər Okon və Peresin mübrarizəsinə yönəldilib.

Peres Estenabdan yeyin oluğunu bildirirərək fransız pilotun onu irəli buraxmasını tələb etsə də, komanda bu tələbi yerinə yetirməkdən imtina edib. Bunun nəticəsi olaraq, 34-cü dövrədə Peres Sayns tərəfindən keçilib.

Kimi Rəykkonen isə üçüncü yer uğrunda mübarizədə həmyerlisi Bottasa hücumlara başlayıb. Lakin, Kimiyə yaxın olan Maks Ferstappenin pit-stopa yollanması Ferrari rəhbərliyini buna reaksiya verməyə məcbur edib. Fettelin uğurlu pit-stopu onun pitdən Maksın önündə çıxmasına səbəb olub. 42-ci dövrədə həmyerlisinin müqavimətini sındıran Kimi ikinci yerə yüksəlib. 

47-ci dövrədə Markus Eriksson və Kevin Maqnussen arasında insident yaşanıb. Təmasdan sonra isveç pilot önə çıxıb, Maqnussenin bolidi isə yerində fırlanıb. Stüardlar hadisəni araşdıraraq Erikssonun toqquşmada günahkar olduğu qənaətinə gəliblər və onun finişdəki vaxtına 5 saniyə əlavə etmək qararını qəbul ediblər.

51-ci dövrədə təzə şinlər sayəsində Bottası gözəl manevrlə keçən Fettel üçüncü yerə yüksəlib. Bir az sonra isə, Kimi Rəykkonen komanda yoldaşını irə buraxıb. Maks Ferstappen isə Valtteriyə hücum edərək onu arxada qoyub. Son dövrədə Kimini haqlayan Maks onu keçməyi bacarıb, lakin, hücum zamanı dörd təkər ilə trekin kənarına çıxdığna görə hollandiyalı 5 saniyəlik cəza alaraq podiumu Rəykkonenə təhvil verməli olub. Beləliklə, ABŞ-dakı qələbəsindən sonra, Həmilton 331 xalla çempionata liderlik edir.

Onun başlıca rəqibi Sebastyan Fettel 265 xalla ikincidir. Bu Həmiltonun artıq dördüncü titulun bir addımlığında olması deməkdir. Fettelin çempion olamq üçün yalnız riyazi şansı vardır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt