ABŞ-ın Massaçusets ştatında 1965-ci ilin istehsalı olan ZAZ-965A modeli satışa çıxarılıb. 55 yaşına baxmayaraq mükəmməl vəıziyyətdə olan avtomobil bu günə qədər 62,8 min kilometr yol qət edib. Avtomobilin okeanın o tayına necə düşdüyü açıqlanmasa da, onun bərpası ilə keçmiş SSRİ vətəndaşının məşğul olduğu bildirilir. Satıcı, sovet avtomobili üçün 17.895 dollar istəyir.
Alphacars.com saytında yayımlanan elanın müəllifi sovet avtomoblinin bərpasına 1,3 min dollar xərcləndiyini bildirib. "Zaporojetsin" karbüratoru dəyişdirilib, yeni qığılcım şamları quraşdırılıb və kuzov korroziyaya qar.; məhlulla örtülübdür. Bundan əlavə, avtomobilin salonu tamamilə yenilənib - mavi rəngli çalarlarda olan interyerin tərtibatında parça və dəridən istifadə edilmiş, sükan və alətlər paneli sarı rəngə boyanmışdır.
ZAZ-965 "Zaporozhets" modeli 1960-1963-cü illərdə Ukraynada istehsal edilib və 1963-cü ildə təkmilləşdirilmiş ZAZ-965A modeli ilə əvəz olunub. Avtomobil 23 at qüvvəsi hasil edən 746 kub santimetr həcmi olan benzin mühərriki ilə təchiz edilib. Modelin maksimal sürəti 90 km/saatdır. ZAZ-965A modeli 322.170 nüsxəlik tirajla istehsal edilib.