LuxSport adlı amerikan şirkəti iki unikal Volkswagen Corrando Magnum konseptini satışa çıxarmışdır. Universal kuzovu almış Corrando modeli 1989-cu ildə eksperiment şəklində hazırlanmışdır. Lakin, alman şirkətinin rəhbərliyi avtomobilin seriya variantının istehsalına razılıq verməmişdir. Volkswagen şirkəti cəmi iki ədəd seriya öncəsi avtomobil istehsal etmişdir ki, hazırda satışa çıxarılmış avtomobillər məhz həmin avtomobillərdir. LuxSport şirkəti avtomobillərin hər biri üçün 49995 ABŞ dolları tələb edir.

Magnum modifikasiyası Design+Technik və Marold şirkətlərinin iştirakı ilə yaradılmışdır. Universalın fərqləndirici cəhətlərindən biri Audi modelindən götürülmüş arxa fənərlər idi. Bundan başqa, Volkswagen şirkətinin emblemi Magnum emblemləri ilə əzəvlənmişdir. Magnum emblemləri həmçinin, avtomobilin kapotuna və baqaj qapağının üzərinə həkk edilmişdir. Radiator barmaqlığındakı G60 indeksi avtomobilin mühərrikinə işarə edir. Konseptlər 160 at qüvvəsi olan 1,8-litrlik kompressorlu dörd silindirli mühərriklə hərəkətə gəlir.

Avtomobili Avropa bazarı üçün 100 ədədlik məhdud sayda tirajla buraxmaq nəzərdə tutulurdu ki, sonradan almanlar bu ideyadan imtina etmişdirlər. 1990-cı ildə Marold şirkəti avtomobilləri götürərərk 3,2 milyon doyçmarkaya satışa qoymuşdur.

2007-ci ildə avtomobil VW Vortex forumunun istifadəçilərinin diqqətini cəlb etmişdir - onlardan biri Mobile.de saytında yerləşdirilmiş elana rast gəlmişdir. Sonunda avtomobilləri ABŞ-dakı Corrando sevərlər klubunun başçısı Con Kuitvaard satın almışdır.

Bu avtomobillərin almasına nə qədər vəsait xərclədiyini və onların 17 il ərzində harada saxlanıldığı haqqında heç bir məlumat verilməmişdir. Söylənilənlərə görə, avtomobilləri təkrar emala belə göndərmək istəyirlərmiş.

Lakin, Kuitvaard avtomobilləri ABŞ-a göndərməyə müvəffəq olmamışdır. Səbəb - 25 ildən az yaşı olan sertifikasiyadan keçməmiş avtomobillərin gətirilməsinə qoyulmuş qadağa olmuşdur.

O, eyni zamanda avtomobillərin kolleksiya əhəmiyyətini də sübut edə bilməmişdir - dövlət orqanları avtomobilləriı adi Volkswagen modelləri olaraq qəbul etmişdirlər. Con Niderlandda olan qohumlarından avtomobilləri yeddi il saxlamağı xahiş etmiş və yalnız 2014-cü ildə onları ABŞ-a apara bilmişdir.

Onun avtomobilləri hansı səbəblərdən LuxSport şirkətinə satdığı barədə heç bir məlumat yoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt
Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt