Detroytda keçirilən Şimali Amerikan avtomobil sərgisi çərçivəsində «ilin şimaliamerikan minik və yolsuzluq avtomobili» nominasiyasında qaliblərin adı açıqlanmışdır. Minik avtomobilləri arasında birinci yerə Honda Civic avtomobili, krossoverlər arasında isə Volvo XC90 modeli layiq görülmüşdür. Minik avtomobilləri kateqoriyasında namizədlər arasında Honda Civic ailəsindən başqa, Chevrolet Malibu sedanı və Yaponiyada «İlin avtomobili» tituluna layiq görülmüş Mazda MX-5 rodsteri də var idi.
Bu Civic modelinin 2006-ci ildən başlayaraq bu günə kimi əldə etdiyi ikinci titul idi. İlk dəfə Civic, 2006-cı ildə Şimali Amerikanın ən yaxşı avtomobili adına layiq görülmüşdür.
Yolsuzluq avtomobilləri və pikaplar kateqoriyasında Volvo XC90 ilə yanaşı Honda Pilot və Nissan Titan XD avtomobilləri mübarizə aparırdılar. Volvo XC90 artıq 2003-cü ildə bu konkursun qalibi olmuşdu. Bundan başqa isveç krossoveri Avropanın ən yaxşı avtomobili adına namizədlərdən biridir.
Ən yaxşı avtomobillərin seçilməsi, 56 şimaliamerikalı avtomobil jurnalist və ekspertlərindən ibarət olan jüriyə həvalə edilmişdir. Keçən ilki müsabiqənin qalibləri Volkswagen Golf və Ford F-150 olmuşdurlar.