Amerika bazarında satılan Lexus LC kupesi kiçik yeniləmələri alaraq 2025-ci model ilinə qədəm qoyub. İndi idman avtomobilini Iridium boz rəngində sifariş etmək mümkündür - əvvəllər bu rəngə yalnız məhdud buraxılışlı LC 500 Inspiration Series kupesi boyanırdı. V8 mühərriki olan ikiqapılı, idarəetməni bir qədər yaxşılaşdıran gövdənin altındakı ön və arxa dayaqları, Sport paketi olan LC 500h isə, kandarların karbonplastikdən hazırlanmış qoruyucularını əldə edib. İnteryerdəki yenilik - sərnişin oturacağının qismən alkantara ilə üzlənməsidir.
Bespoke Build fərdiləşdirmə proqramı vasitəsilə Lexus LC üçün karbonplastikdən dam, qara 21-düymlük təkər diskləri ilə təchiz etmək olar. Salon tərtibatı üçün təklif edilən unikal ağ və mavi rəng sxemi mövcuddur. Bütün sifarişli idman avtomobilləri salonundakı xüsusi lövhə, həmçinin ənənəvi yapon Vasi (Washi) kağızında çap edilmiş və LC layihəsinin baş mühəndisi Yasusi Muto tərəfindən imzalanmış orijinallıq sertifikatı ilə çatdıracaqlar.
LC 500 kapotunun altında 477 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən və 10-pilləli Direct-Shift avtomatik transmissiyası ilə tandemdə çalışan 5,0-litrlik V8 atmosfer benzin mühərriki var. Lexus LC 500h versiyası isə, 3,5-litrlik V6 mühərrikinə əsaslanan hibrid güc qurğusu ilə təchiz olunur. Hibrid aqreqatın ümumi hasilatı 359 at qüvvəsi və 500 Nm fırlanma anı təşkil edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.