Yenilənmiş Kia Carnival miniveni Çikaqo avtosalonunda debüt edib. Yenilənmiş miniven fərqli görünüşə malikdir - xüsusilə avtomobilin ön hissəsi nəzərəçarpacaq dərəcədə dəyişib. İnteryerdə də yeniliklər var. Lakin əsas yenilik - tərkibinə elektrik mühərriki və benzin “turbodördlüyü” daxil olan hibrid güc qurğusudur. Yenilənmiş minivenin Şimali Amerikadakı satışlarına cari ilin yayda başlanmalıdır. Minivenin qiyməti satışların başlanmasına yaxın elan ediləcək.

Keçən ilin payızında Cənubi Koreyada Carnival miniveninin yenilənmiş versiyası debüt edib. İndi isə, Şimali Amerika üçün nəzərdə tutulmuş yenilənmiş miniven təqdim olunub.

Yenilənmiş Carnival üfüqi lamelləri olan daha böyük radiator barmaqlığı və şaquli blokları olan yeni fənərləri ilə fərqlənir. Arxa tərəfdə isə, dəyişdirilmiş beşinci qapını, habelə yeni forma və tərtibata malik olan fənərləri görmək mümkündür. 

Salonda 12,3 düymlük cihazlar panelini və multimedia sisteminin eyni ölçülü ekranını birləşdrən klaster vahid peyda olub, mərkəzi tuneldə isə, transmissiyanın şaybası quraşdırılıb. Arxa sırada oturan sərnişinlər 14,6-düymlük displeylərdən istifadə edə bilərlər.

Əvvəlki 290 at qüvvəli 3,5-litrlik altısilindrli atmosfer mühərriki ilə yanaşı, amerikalılara hibrid güc qurğusu da təklif olunacaq. O, 1,6-litrlik dördsilindrli turbomühərrikdən və 73 at qüvvəli elektrik mühərrikindən ibarətdir. Hibrid qurğunun ümumi hasilatı 245 at qüvvəsidir. Carnival Hybrid altı pilləli avtomatik transmissiya ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt

Opsiyalar siyahısı da genişləndirilib: miniven öndən toqquşmaların qarşısını alan və yol kəsişmələrini keçməyə yardım edən sistemləri və zolaq dəyişdirmə köməkçisini alıb. Qiymətlər hələlik açıqlanmayıb, lakin artıq güman etmək olar ki, yenilənmiş miniven yenilənmədən əvvəlkindən baha başa gələcək. Sonuncunu ABŞ-da 33,6 min dollara almaq olar..

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.