Noyabrın 22-də təxminən səhər saat 11 radələrində ABŞ və Kanadanı birləşdirən Niaqara çayı dərəsi üzərindən keçən Göy qurşağı körpüsündə partlayış baş verib. Partlayışın səbəbinin qiyməti 300 min dolları keçən Bentley Flying Spur sedanı olduğu müəyyən edilib. Hadisə yol-nəqliyyat qəzası kimi qeydə alınıb və terror aktı əlamətləri aşkar olunmadığı üçün yerli polisə təhvil verilib.

Şahidlərin dediyinə görə, Bentley Flying Spur ABŞ-dan Kanadaya 160 km/saatdan yüksək sürətlə hərəkət edib. O, sərhədə yaxınlaşan zaman hasara çırpılıb, bundan sonra partlayış baş verib və avtomobil havaya qalxaraq yanıb. Avtomobildə olan hər iki səxs həyatını itirib. Onlardan başqa bir sərhədçi də yaralanıb və yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. Sərhəddəki insanlar və avtomobillər arasında başqa tələfat yoxdur.

Bentley sedanını 56 yaşlı iş adamı idarə edirib, sərnişin oturacağında isə onun həyat yoldaşı əyləşib. Dəhşətli qəzadan bir neçə dəqiqə əvvəl onlar qısa müddət ərzində Seneca Niagara Resort & Casino mehmanxanasında dayanıblar. Həlak olmuş şəxslərin Kanadaya Kiss qrupunun konsertinə getdikləri bildirilir. CNN-nin məlumatına görə, sürücü "məşhur ailədəndir" və onun səhhəti ilə bağlı bəzi problemləri olub.

İlkin olaraq, FTB terror şübhəsi ilə istintaqı öz üzərinə götürüb. Lakin bunu təsdiq edən dəlillər aşkar edilməyib və iş polisə təhvil verilib. Polis vəziyyəti araşdırmaqda davam edir və  heç bir partlayıcı maddənin izinə rast gəlmədiyini bildirir. Lakin ilin ən gərgin günlərindən biri sayılan Şükran Günü ərəfəsində, beynəlxalq körpü müvəqqəti olaraq bağlanılıb.  

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.