ABŞ hökuməti qarşısına Volkswagen konsernini çökdürmək məqsədini qoymuşdur. Bunun üçün hökümətin əlində tutarlı səbəb də vardır. Ətraf mühitin qoruması agentliyinin (EPA) tələbi ilə, Birləşmiş ştatların Ədliyyə nazirliyi Volkswagen konserninə, həmçinin, onun tərkibinə daxil olan Audi və Porsche şirkətlərinə qarşı mülki iddia irəli sürmüşdür. İddia, keçən ilki «dizel skandalı» ilə bağlıdır ki, alman konserni 18 milyard məbləğində cərimə gözləyə bilər.
Lakin bu hələ son deyil. Reuters agentliyinin verdiyi məlumata görə, cərimənin məbləği 90 milyard dollara artırıla bilər. Artırılma o zaman baş verə bilər ki, zərərli «dizel» ilə təcjiz edilmiş hər bir avtomobil üçün 37500 dollar cərimə tətbiq edilsin. İddia, Volkswagen AG, Audi AG, Volkswagen Group of America, Volkswagen Group of America Chattanooga Operations (alman markasının Tennessi ştatındakı zavodu), Porsche AG və Porsche Cars North America şirkətlərinə qarşı Detroyt federal məhkəməsində qaldırılmışdır.
ABŞ-ın Ədliyyə nazirliyi Volkswagen’i 600 min avtomobilin zərərli tullantıları barədə qəsdən yanlış məlumat verməkdə ittiham edir.
Məlum olmuşdur ki, alman konserni, dizel mühərriki ilə təchiz edilmiş növbəti modellər üzrə tullantıların səviyyəsini azaltmışdır: Volkswagen Jetta (2009-2015), Jetta Sportwagen (2009-2014), Beetle, Beetle Convertible (hər ikisi 2013-2015), Audi A3 (2010-2015), Volkswagen Golf (2010-2015), Golf Sportwagen (2015) və Passat (2012-2015).
Bundan əlavə, aldadıcı proqram təminatı 3,0-litrlik dizel mühərriki olan Volkswagen Touareg (2009-2016), Porsche Cayenne (2013-2016), Audi A6, A7, A8, Q5 (hamısı 2014-2016) və Q7 (2009-2015) modellərində quraşdırılmışdır.
EPA 2015-ci ilin sentyabrında, alman konsernini zərərli tullantıların səviyyəsini saxtalaşdırmaqda ittiham etmişdir. Mühərriklərin idarəetmə sistemində quraşdırılmış proqram təminatı, stend yoxlamaları zamanı tullantılardakı azot dioksidinin səviyyəsini on dəfələrlə azaldırmış. Nəticədə, alman şirkəti dünya üzrə 11 milyon avtomobilin, mühərrikin növündən aslı olaraq, proqram təminatını dəyişməli və yaxud «hava axının düzləndiricisini» quraşdırmalıdır.
90 milyard cərimədən əlavə, alman konserinin investorlrı da məhkəmə qarşıdurması gözləyir. İnvestorlar Volkswagen’dən 40 milyard avro kompensasiya tələbi edə bilərlər.