18 yanvar 2025-ci il tarixində Mecum Kissimmee hərracında ABŞ Prezidenti Bill Klinton üçün inşa edilmiş 1996-cı ilin istehsalı olan nadir Cadillac Fleetwood Brougham zirehli limuzinini satışa çıxarılacaq. Bu limuzin dövlət başçısı üçün hazırlanmış üç avtomobildən biridir.

Limuzin standart modeldən hündürlüyü 7,6 santimetr artırılmış damı və qalınlığı 7,6 santimetr olan güllə keçirməyən qapıları ilə fərqlənir. Avtomobil oksigen təchizatı və yanğınsöndürmə sistemi, xüsusi şinlər və bir sıra digər təhlükəsizlik avadanlığı ilə təchiz edilib. Kapotun altında təxminən 450 at qüvvəsinə malik olan Chevrolet Big-Block V8 mühərriki yerləşir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hərraca çıxarılan Cadillac avtomobilinin odometrində cəmi 626 mil (1000 kilometrdən bir qədər çox) var ki, bu da onun Klintonun digər iki limuzini ilə müqayisədə daha az istifadə edildiyindən xəbər verir.

Onlardan biri keçmiş prezidentin muzeyindədir, ikincisi isə, heç vaxt sərbəst istifadə üçün Mərkəzi Kəşfiyyat İdarəsinə verilməyib. ABŞ hökuməti hər üç avtomobilin istehsalına təxminən 6 milyon dollar xərcləyib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.