ABŞ polisi küçə yarışçıları ilə mübarizə aparmaq üçün səkkizsilindrli Dodge Challenger R/T idman avtomobillərini alıb. Hüquq-mühafizə orqanları qəzaların qarşısını almaq, sürətə nəzarəti həyata keçirmək, habelə piyadalara və velosipedçilərə üstünlüyü təmin etmək üçün, xüsusi siqnalları olan 380 at qüvvəli kupelərdən istifadə edəcəklər.
2021-ci ildə Arizona polisi 130 min dollar federal qrant alıb və buna görə də, vergi ödəyiciləri yerli hüquq-mühafizə orqanlarını israfçılıqda ittiham edə bilməyəcəklər. Preskott-Vəllinin güc strukturları avtomobillərin əldə edilməsini, artan aqressiv idarəetmə hallarının qarşısının alınması ilə əsaslandırırlar.
Xidməti Dodge Challenger R/T kupelərini müəyyən etmək heç asan olmayacaqdır, çünki kupe parlaq rəng sxemlərinə malik deyil, yəni idman avtomobilləri gizli polisə məxsusdur. Gizli xüsusi LED siqnallarının, habelə yol hərəkəti qaydalarının pozulmasının foto/video çəkilişi üçün gərək olan avadanlıqların quraşdırılması istisna olmaqla, avtomobillər tamamilə standartdırlar.
İki Dodge Challenger R/T modelinin təxminən 74.000 dollara başa gəldiyini nəzərə alsaq, digər istiqamətləri gücləndirmək üçün, əldə edilən qrantdan təxminən 56.000 dollar vəsait qalıb. Hələlik Preskott-Vəlli polisi qalan vəsaitin nəyə xərclənəcəyini açıqlamayıb.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.