Mercedes-Benz şirkətinin Azərbaycanda rəsmi dileri olan “Abşeron Avtomobil Mərkəzi” yeni nəsil Mercedes-Benz A-Class hetçbekinin və yenilənmiş Mercedes-Benz C-Class sedanının rəsmi təqdimatını keçirib. Təqdimat mərasimi «Abşeron Avtomobil Mərkəzinin» avtosalonunda baş tutmuşdur. Rahat ab-hava, həyəcanverici musiqi, musiqili-alovlu şou - gözəl payız axşamında keçirilmiş tədbirin yalnız kiçik bir hissəsi olubdur.
Tədbirə dəvət alanlar ilkin olaraq Mercedes-Benz A-Class hetçbekinin yeni nəsli ilə tanış olublar. Dilerin təqdim etdiyi ikinci maraqlı yenilik isə yenilənmiş Mercedes-Benz C-Class sedanı olubdur. Ziyarətçilər yeni avtomobillər ilə yanaşı, “Abşeron Avtomobil Mərkəzinin” ən yüksək standartlara cavab verən yeni xidmət mərkəzi ilə də tanış olmaq şansı əldə ediblər.
Mercedes-Benz şirkətinin rəsmi dileri – “Abşeron Avtomobil Mərkəzi” avtosalonu Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşir. Ümumi sahəsi 3000 kv. m-dən artıq olan, Mercedes-Benz brendinin korporativ standartlarına uyğun qurulmuş diler mərkəzi Mercedes-Benz avtomobillərinin satışı, zəmanətli və post-zəmanətli xidmətləri üzrə geniş xidmətlər kompleksi təqdim edir. Bu gün üçün servis zonası 1000 kv. m təşkil edir. Servis zonasına 12 post daxildir.
Bura gələnlərin rahatlığı üçün şou-roomda markanın bütün model sırası təqdim edilmiş, servis mərkəzi isə geniş işlər kompleksini yerinə yetirməyə imkan verən müasir avadanlıqla təchiz olunmuşdur.
Mərkəzin əməkdaşları Mercedes-Benz modelləri və kreditləşmə proqramları üzrə peşəkar məsləhətlər verməyə, personal test-drayv təşkil etməyə və avtomobilin optimal komplektasiyasının seçimində kömək etməyə hazır olan yüksək ixtisaslı mütəxəssisləridir.
Mercedes-Benz. Ulduz həmişə yüksəklikdədir.