Keçən ilin sonunda ABT Sportsline atelyesi yenilənmiş Audi SQ8 krossoveri üçün hazırladığı təkmilləşdirmələr paketini təqdim edib, indi isə, yenilənmiş RS Q8 performance modelinə əsaslanan “acıqlı” ABT RS Q8-LE krossoveri təqdim olunub. Krossover ABT RS 6-LE universalı və RS 7-LE lftbəkinin daxil olduğu Legacy trilogiyasını (LE - Legacy Edition) tamamlayır və RS Q8 Signature Edition modelinə yaxşı alternativ hesab olunur.

Əslində, hər iki krossoverin mühərriki eynidir – bu, 4,0-litrlik V8 biturbo mühərrikidir. Lakin RS Q8 Signature Edition modelində bu mühərrik 800 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edirsə, RS Q8-LE krossoverində onun hasilatı 760 at qüvvəsi və 980 Nm fırlanma anıdır. ABT Sportsline yeni interkuleru, paslanmayan poladdan buraxılış magistralını quraşdırıb və idarəetmə blokunun proqram təminatını dəyişdirib. Asqını artan gücə uyğunlaşmaq üçün yenidən tənzimləyiblər. Üstəlik, pnevmatik asqının standart variant ilə müqayisədə daha da aşağı salınmasına imkan verən ABT Level Control kontrolleri quraşdırılıb.
Krossoverin aerodinamik kuzov dəsti tutqun örtüklü karbonpastikdən hazırlanıb, fərdi balanslaşdırılmış təkər disklərinin diametri 23 düym təşkil edir. Transmissiyanın sükan çarxındakı “ləçəkləri”, ön paneldəki örtmələr, transmissiyanın selektoru və oturacaqlardakı örtmələr kompozit materialdan hazırlanıb. ABT RS Q8-LE krossoverini almaq üçün Audi RS Q8 performance modelininin qiymətini + 95 900 avro ödəmək gərəkdir. ABT krossoverinin tirajı 125 nüsxədən ibarət olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.