ABT Sportsline tüninq atelyesi səkkizsilindli dizel mühərriki ilə təchiz edilmiş Volkswagen Touareg krosoveri üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim edib. Yeni proqram krossoverin mühərrikinin gücünü 500 at qüvvəsinə qədər artırılmasını və bir neçə variantda 22 düymlük təkər disklərinin quraşdırılmasını nəzərdə tutur.
ABT Power dəsti Audi SQ7 modelinin götürülmüş mühərrik ilə təchiz edilmiş VW Touareg üçün hazırlanıb. 412 at qüvvəsi və 900 Nm fırlanma anına məxsus olan 4,0-litrlik V8 turbodizelin gücü ABT Engine Control blokunun köməkliyi ilə 500 at qüvvəsinə, fırlanma anı isə 970 Nm-ə qədər artırlır. Üstəlik, atelye bütün komponent və işlərə zəmanət də təqdim edir.
ABT Power dəsti 3,0-litrlik V6 dizel aqreqatı üçün də əlçatandı. Bu dəst aqreqatın gücünü 286-dan 330 at qüvvəsinə, fırlanma anını isə 600 Nm-dən 650 Nm-ə qədər artırmağa imkan verir. Bu mühərrikin 231 at qüvvəli versiyası üçün nəzərdə tutulmuş dəst gələn ilin yanvar ayında təqdim ediləcəkdir.