Alman ABT Sportsline şirkəti müxtəlif Volkswagen qrupuna daxil olan markaların avtomobillərinin təkmilləşdirilməsi ilə məşğuldur, lakin Kemptendə yerləşən atelye Audi avtomobillərinin tüninqi ilə məşhurlaşıb.

Ötən ilin mart ayında İnqolştadt istehsalçısı altıncı nəsil A6 universalını təqdim edib, düz bir il əvvəl isə, modifikasiya çeşidində A6 e-hybrid qoşulan hibrid versiyası peyda olub. Məhz plagin hibrid ABT atelyesinin son layihəsinin əsasını təşkil edir.

Universalın eksteryer və interyeri nöqtə-nöqtə dəyişdirilib. Ön bamperdə inkişaf etmiş splitter, baqaj qapağında isə, qəliz formalı ucluqları olan spoyler quraşdırılıb. Paslanmayan poladdan hazırlanmış buraxılış sisteminin çıxış boruları tutqun qara rəngli ucluqlara malikdir.

Modelin indeksinə uyğun diametri olan parlaq qara rəngli ABT Sport HR21 diskləri də mövcuddur. İnteryerdə şirkətin loqotipləri olan döşəmə örtükləri və işıqlandırılan kandar lövhələri var.

Standart Audi A6 e-hybrid universalı 2.0 TFSI mühərriki (252 at qüvvəsi, 380 Nm) və yeddi pilləli S tronic “robotu” ilə təchiz olunur. Transmissiyaya 143 at qüvvəsi və 350 Nm maksimal hasilatı olan elektrik mühərriki inteqrasiya olunub, baqaj döşəməsinin altında isə, 20,7 kilovat/saatlıq batareya quraşdırılıb. Sırf elektrik ötürməsi ilə qət edilən məsafə 106 kilometrdir. 

Hibrid sistemin ümumi hasilatı 367 at qüvvəsi və 500 Nm təşkil edir. Tam ötürmə sistemi həmişə aktivdir. Xüsusi olaraq e-hybrid güc aqreqatı üçün hazırlanmış ABT Power modulu sistemin hasilatını 428 at qüvvəsi və 550 Nm-ə qədər artırır.

Kemptenli mütəxəssislər onların əsərinin hazırda altıncı nəsil Audi A6 modelinin ən güclü versiyası olduğunu və hətta tamölçülü V6 mühərrikləri olan zavod versiyalarını belə üstələdiyini iddia edirlər.

Artan güc və xarici təkmilləşdirmələrlə yanaşı, hibrid universal da yenidən tənzimlənmiş asqını alıb. Üstəlik, universal klirensi azaldan və idarəetməni yaxşılaşdıran yeni yayları əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Standart Audi A6 Avant e-hybrid universalının Almaniyadakı satış qiyməti 77.500 avrodan başlayır. ABT Sportsline atelyesi tərəfindən təklif olunan təkmilləşdirmələrin tam dəsti bu məbləğə daha 15.500 avro əlavə edir.

Lakin yalnız güc xarakteristikalarına üstünlük verən alıcılar üçün ABT Power modulu ayrıca, 3000 avroya təklif olunur. Yaxşı ilişməyə malik olan şinlər taxılmış ABT Sport HR21 disklərinin qiyməti 7600 avrodur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.