Bir çoxlarının xəyalı olan Audi A8 bayraqdar sedanı sən demə o qədər də mükəmməl deyilmiş. Hər halda, ABT Sportsline mütəxəssisləri belə düşünürlər. Kemptendən olan peşəkarlar, onlarla həmfikir olan varlı müştərilər üçün xüsusi proqram hazırlayıblar. Atelye mütəxəssisləri bu təkmilləşdirmələrin dəbdəbəli sedanı daha mükəmməl edəcəyindən əmindirlər.
İnteryerin təkmilləşdirilməsi məsələsində də ABT Sportsline komandasının münasibəti də məlumdur - sifarişçinin istəkləri əsasdır.
Mühərrikə gəldikdə isə, tünerlər Audi A8 modelinin təchiz edildiyi 3,0-litrlik dizel aqreqatının gücünü 44 at qüvvəsi, fırlanma anını isə 50 Nm artırmağa hazır olduqlarını bildirirlər. Xatırladaq ki, standart mühərrik 286 at qüvvəsi və 600 Nm hasil edir.