ABT Sportsline atelyesi özünün 125 illik yubileyi münasibəti ilə müştəriləri üçün maraqlı bir hədiyyə hazırlayıb - hesabat Abtlərin1896-cı ildə qurduğu ilk ailə biznesindən başlayır. Bu, məhdud sayda buraxılacaq ABT RSQ8-R krossoveridir. Təkmilləşdirilmiş krossover gücü artırılmış mühərrikə və karbondan hazırlanmış aerodinamik kuzov dəstinə malik olub.
ABT tərəfindən təkmilləşdirilmiş krossover gücü artırılmış mühərrikdir. 4,0-litrlik V8 biturbo mühərrikin hasilatı 600 at qüvvəsi və 800 Nm fırlanma anından 740 at qüvvəsi və 920 Nm fırlanma anına qədər artırılıb. Krossover 100 km/saat həddinə 3,4 saniyəyə sürətlənir. Xatırladaq ki, Audi Q8 RS modeli bu işə 3,8 saniyə sərf edir. Krossoverin maksimal sürəti 315 km/saatdır.
Güc göstəricilərinin artırılmasına ABT Engine Control firma qurğusunun, yeni interkulerlərin və 102 millimetrlik çıxış boruları olan səsboğucu sisteminin quraşdırılması sayəsində əldə edilib.
ABT RSQ8-R modelinin aerodinamik kuzov dəsti tamamilə karbon lifindən hazırlanıbdır. Bu dəstə iri ölçülü ön splitter, təkər tağlarının genişləndiriciləri, güzgü gövdələri, yan ətəklər, arxa spoyler və 295/35 R23 şinləri taxılmış 23-düymlük xüsusi ABT High Performance HR təkər diskləri daxildir.
Krossoverin salonunda yeni sükan çarxı və mühərrik işə salma düyməsi quraşdırılıb. Dirsəkaltı və mərkəz konsol da yenidən işlənmişdir.
ABT RSQ8-R modeli 125 nüsxəlik tirajla buraxılacaqdır. Eyni zamanda, limitsiz seriyadan olan Audi RS Q8 modellərinin mühərrikinin gücü 700 at qüvvəsi və 880 Nm fırlanma anı təşkil edəcəkdir.