Alman ABT Sportsline atelyesi yeni nəsil Audi RS Q3 krossoveri üçün hazırladığı tüninq proqramını təqdim edib. Kemptenli tuner beşsilindrli 2,5-litrlik turbomühərrikin gücü 440 at qüvvəsinə qədər artırmağı təklif edir.
Mühərrikin hasilatının artırılması ABT Power blokunun köməyi ilə nail olunub: mütəxəssislərin müdaxiləsindən sonra 2,5-litrlik turbomühərrikin gücü 440 at qüvvəsinə, fırlanma anı isə 520 Nm-ə qədər artırılıb. Müvafiq olaraq, artım 40 at qüvvəsi və 40 Nm təşkil edib. 7-pilləli S tronic "robotu" və Quattro tam ötürməsi dəyişilməz qalıb.
Tüninq keçmiş Audi RS Q3 Sportback modeli 100 km/saat həddinə sürətlənməyə 0,2 saniyə az vaxt sərf edir - 4,3 saniyə. Bundan əlavə, elektron “boyunduruğun” çıxarılması sayəsində maksimal sürət həddi 285 km/saata çatıb.
Zahiri cəhətdən təkmilləşdirilmiş Audi RS Q3 modelini dörd variantda təklif edilən 20 və ya 21 düymlük təkər diskləri ilə fərqlənirlər. Nümayiş etdirilən krossoverdə 20-düymlük FR diskləri quraşdırılıb.
ABT Sportsline atelyesi Audi RS Q3 modelinin təkmilləşdirilməsi proqramının qiymətini açıqlamır: çox güman ki, çip-tüninq yeni RS Q3 modelinin təkmilləşdirilməsinin ilk mərhələsidir. Çox güman ki, mütəxəssislər yeni krossover üçün aerodinamik kuzov dəstini və təkmilləşdirilmiş asqı sistemini hazırlamaqla məşğuldurlar.