ABT Sportsline atelyesi Audi RS Q8 Signature Edition kolleksiya modelini təqdim edib. Krossover atelyenin tarixinə həsr olunmuş seriyanın bir hissəsidir və 96 nüsxəlik tirajla buraxılacaqdır. “Bərkgedən” krossover 800 at qüvvəli 4,0-litrlik V8 biturbo mühərrikini və unikal interyer detalını - atelyenin sahibi Hans-Yurgen Abtın ulu babasının ilk yarış kubokunun bir parçasını alacaqdır.
ABT Sportsline tərəfindən hazırlanmış Audi RS Q8 Signature Edition modeli hasilatı 800 at qüvvəsi və 1000 Nm fırlanma anına (+ 200 at qüvvəsi və 200 Nm) qədər artırılmış 4,0-litrlik V8 biturbo mühərrikə sahib olub. RS Q8 Signature Edition modeli 100 km/saat həddini 3,2 saniyəyə (- 0,6 saniyə) toplayır və 315 km/saata (+10 km/saat) sürətlənir. Krossover yeni turbokompressorlara, interkulerlərə, ABT Engine Control idarəetmə blokuna və yan tərəflərə yönləndirilmiş 105 millimetrlik cütlənmiş boruları olan firma buraxılış sisteminə sahib olub.
RS Q8 Signature Edition modelinin kuzov dəsti və xarici dekorunun əksəriyyəti karbon lifindən hazırlanır və parlaq lakla örtülmüşdür. Signature Carbon Bold adlanan paketin tərkibinə ön bamperdəki əlavələr, splitter, radiator barmaqlığının çərçivəsi, təkər tağlarınnın genişləndiriciləri, yan güzgü korpusları, ətəklər və arxa spoyler daxildir. Krossover 23-düymlük təkər diskləri ilə təchiz edilir. Bütün bu elementləri yalnız Signature Edition seriyası çərçivəsində təklif edirlər.
İnteryer tərtibatında dəri, alkantara və karbon plastikdən istifadə olunur. ABT nişanları salonun hər tərəfinə səpələnib və oturacaqların kürək hissələrinə “RS Q8 Signature Edition” tikmə-naxışları ilə işlənmişdir. Transmissiya selektorunun yanındakı “göz” avtomobilin xüsusi seriyaya aid olduğunu göstərir. Hans-Yurgen Abt ailə mirasını “sərf etməyə” davam edir və ulu babası İohan Abtın ilk yarış kubokunun bir parçasını bu “gözə” yerləşdirib.
Eyni “gözdən” Audi RS6 Avant Johann Abt Signature Edition universalının mərkəzi konsolunda da var və yalnız oraya köhnə zindanın bir hissəsi quraşdırılıb Ümumiyyətlə, İohan Abt tərəfindən 1896-cı ildə əsası qoyulmuş dəmirçixanın indiki tüninq atelyesinin müjdəçisi olduğu hesab edilir. Təsis ilinə eyhamı avtomobilin istehsal həcmində - hər səkkiz ayda bir avtomobil buraxılacaq (18) və tirajında (96 nüsxə) tapmaq olar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.