Alman ABT Sportsline tüninq atelyesi Audi RS4 modeli üçün təkmilləşdirmələr dəstini hazırlayıb. Universal daha güclü və daha aqressiv hala gətirilib: eksteryer və interyeri karbon liflindən hazırlanmış hissələr ilə tərtib edilmiş, mühərrik gücləndirilmiş, şassi yenidən tənzimlənmişdir. Kemptendə təkmilləşdirilmiş superuniversal ABT RS4-S adlandırılıb.
ABT RS4-S universalı adi RS4 modelindən tərkibinə ön splutter, ön qadadlardakı “qəlsəmələr”, diffuzor və güzgü örtükləri daxil olan firma kuzov dəsti ilə fərqlənir. Digər xarakterik cəhət 21 düymlük ABT Sport GR yüngül lehimli təkər diskləridir.
Texniki hissəyə edilmiş müdaxilə standart buraxılış sisteminin paslanmayan poladdan hazırlanmış xüsusi səsboğucu sistem ilə əvəzlənməsindən ibarətdir. Buna görə səsboğucu sistemin konfiqurasiyası dəyişdirilib – iki ovalşəkilli çıxış borusu yerini cütlənmiş 102 millimetrlik borulara verib.
“Bərkgedən” universalın 2.9-litrlik V6 benzin mühərrikinin hasilatı 450 at qüvvəsinə və 600 Nm fırlanma anından 530 at qüvvəsinə və 680 Nm-ə qədər artırılıb, lakin mühərrikin hasilatını 510 at qüvvəsi və 660 Nm-ə yüksəldən proqram da mövcuddur. ABT mütəxəssisləri avtomatik ötürmələr qutusuna və quattro tam ötürməsinə müdaxilə etməyiblər, lakin köndələn dayanıqlılıq stabilizatorlarını dəyişdirərək tənzimlənən yayları quraşdırmaqla şassini yenidən tənzimləmək mümkündür.
İnteryerdəki dəyişikliklər cüzi xarakter daşıyır: stilistlər ön panel, sükan çarxı və transmissiyanın selektorunu karbon və dəri ilə tərtib edir, ön oturacaqlara və başlıqlara ABT və RS4-S emblemlərini həkk edirlər.
ABT atelyesinin hazırladığı Audi RS4 modeli 100 km/saata 0,2 saniyə daha yeyin sürətlənir və onun maksimal sürət həddi 300 km/saata çatırr. Təkmilləşdirmələr dəstinin qiyməti açıqlanmır.