Audi və Volkswagen avtomobillərinin tüninqi ilə məşhur olan ABT Sportsline tüninq atelyesi Audi S3 sedan modeli üçün hazırladığı yeni tüninq proqramını təqdim etmişdir. S3 modeli bir sıra eksklyuziv yeniliklərə və gücü 400 at qüvvəsinə çatdırılmış 2,0-litrlik mühərrikə malik olmuşdur.
ABT Sportsline atelyesinin mütəxəssisləri təkmilləşdirilmiş yığcam sedanı rahat və əlverişli idman avtomobili kimi qələmə verirlər. Güc aqreqatı üzərində aparılmış təkmilləşdirilmələr sayəsində 2.0 TFSI mühərrikinin gücü 400 at qüvvəsinə, fırlanma anı isə 500 Nm-ə qədər yüksəldilmişdir. Əgər bu güc kiməsə izafi görünərsə, o zaman mühərrikin daha «zəif» variantını - 370 at qüvvəsi və 480 Nm fırlanma anı olan versiyasını sifariş etmək olar.
ABT mütəxəssislərinin əlindən çıxmış avtomobilin xarakteristikaları və təkmilləşdirmələrin qiyməti barədə sifariş zamanı ətraflı məlumat almaq mümkündür. Gücün artırılması ilə yanaşı avttomobil aqressiv aerodinamik kuzov dəstinə və ölçüləri 18 - 20 düym arasında dəyişən təkər diskləri, yüksək məhsuldarlıqlı əyləc sistemi, yeni buraxılış sistemi, təkmilləşdirilmiş stabilizatorlarla və interyerin eksklyuziv tərtibatı ilə təchiz edilir.