Almaniyanın Kempten şəhərində yerləşən ABT Sportsline tüninq atelyesi Audi şirkətinin «qaynar» krossoveri olan SQ7 modeli üçün tüninq proqramını təqdim etmişdir. Kemptenli mütəxəssislər tərəfindən təkmilləşdirilmiş krossover eksteryer və interyerin xüsusi tərtibatını və gücü artılmış dizel mühərrikini əldə etmişdir.

Bildiyimiz kimi, Audi SQ7 krossoveri 4,0-litrlik səkkiz silindrli dizel mühərriki iki turbokompressorla və bir elektrik ötürməli sıxıcı kompressorla təchiz edilmişdir. 435 at qüvvəsinə və 900 Nm fırlanma anına malik olan güc aqreqatı səkkiz pilləli Tiptronic avtomatik sürətlər qutusu ilə birgə çalışır. Tüninq mütəxəssislərinin müdaxiləsindən sonra, mühərrikin gücü 520 at qüvvəsinə, fırlanma anı isə 970 Nm-ə qədər artırılmışdır. Nəticədə, təkmilləşdirilmiş ABT SQ7 krossoveri 100 km/saat həddini 4,6 saniyəyə toplayır ki, bu da zavod göstəricisindən 0,2 saniyə yeyindir. Krossoverin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılır. Kemptenlilər bu «boyunduruğu» ləğv edib-etmədikləri barədə bir məlumat verməmişdirlər.

Hər şeydən əlavə, ABT mütəxəssisləri «qaynar» krossoveri avtomatik olaraq klirensini 20 millimetr aşağı salan ABT Level Control və dizel mühərrikinin səsini «güclü baritona» çevirən ABT Sound Control sistemi ilə də təchiz etmişdirlər. Əlbəttə ki, ABT dizaynerləri tərəfindən hazırlanmış cazibədar aerodinamik kuzov dəstini və 22-düymlük təkər disklərini də qeyd etməmək mümkün deyildir. Avtomobilin eksteryerinin tərtibatında yüksək kefiyyətli dəri, alkantara və karbon işləmələrdən istifadə edilmişdir. Ənənəvi olaraq, ABT Sportsline təkmilləşdirmənin neçəyə başa gələcəyi barədə məlumat dərc etməmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt