Almaniyanın ABT Sportsline tüninq atelyesi yenilənmiş Volkswagen T6.1 modelini idman miniveninə çevirib. Multivan "Bulli" versiyasındakı model üçün poliuretan kuzov dəsti, mühərrikin gücünü artırmağa imkan verən proqram hazırlanıb. Üstəlik, tüner miniven üçün yeni təkər diskləri də təklif edir.
Yenilənmiş Volkswagen T6 miniveni keçən ilin əvvəlində debüt edib. Miniven T6.1 indeksinə, ön hissənin yeni dizaynına və müasir köməkçi sistemlər dəstinə sahib olub. ABT Sportsline atelyesi isə, öz növbəsində, xarici görkəmi üzərində işləməyi və ona aqressiya bəxş etməyi təklif edir: "Bulli" radiator barmaqlığı və bamperin işləmələrinə, ön və arxa spoylerə, yan ətəklərə və səsboğucu sistemin cütlənmiş çıxış borularına sahib olub.
Bilstein amortizator dayaqlarının quraşdırılması, Multivan modelinin klirensini 40 -70 mm arasında azaltmağa imkan verib. Bundan əlavə, tüner, tezliklə, daha sərt xarakteristikalara malik olan yeni dəsti təqdim edəcəyini də vəd edib.
Bundan başqa, atelye mühərrikin gücü artırmağa yardım edən ABT Power Performance Upgrade proqramını təklif edir. Bu proqamın yardımı ilə 150 at qüvvəsi və 340 Nm fırlanma anı hasil edən 2.0 TDI mühərrikinin gücünü 180 qüvvəsinə, frılamma anını isə 400 Nm qədər artırmaq olar. Bu mühərrikin 199 at qüvvəli (450 Nm) variantının gücünü isə 266 (490 Nm) at qüvvəsinə çatdırmaq olar.
Məlum məsələdir ki, tüninq proqramını ABT aletyesinin 19 və ya 20 düymlük firma təkər disklərini quraşdırmadan başa çatmış hesab etmək olmaz.