ABT Sportsline tüninq atelyesi Audi RS7-R layihəsi haqqında təfərrüatları açıqlayıb. Tüner avtomobilin 4,0-litrlik V8 turbomühərrikinin hasilatını artıraraq onu əsl superkara çevirib. İndi Audi RS7-R modeli Ferrari F12 Berlinetta superkarı ilə eyni gücə - 740 at qüvvəsinə sahibdir.

Kemptenli mütəxəssislərin müdaxiləsi sayəsində, R indeksli RS7 Sportback modeli əlavə 140 at qüvvəsinə və 120 Nm fırlanma anına sahib olub. Beləliklə, 4,0-litrlik turbomühərrikin hasilatı 740 at qüvvəsi və 920 Nm təşkil edir. Liftbekin əldə etdiyi digər yeniliklər arasında yeni yaylar, narıncı rəng haşiyələri olan karbondan hazırlanmış kuzov dəsti, gücləndirilmiş stabilizatorlar, yüksək keyfiyyətli dəri və karbon ilə tərtib edilmiş interyer və 22-düymlük firma təkər diskləri var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Atelye avtomobilin dinamik xüsusiyyətlərini açıqlamır. Məlum məsələdir ki, RS7-R adi RS7 Sportback modelindən yeyin olacaqdır. Sonuncu 100 km/saat həddini 3,6 saniyəyə toplayır.

Audi RS7-R superkarı 125 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Audi RS7 Sportback modelinin sahiblərinə bu təkmilləşdirmə 70 min avroya başa gələcəkdir. Hazır avtomobili almaq istəyənlər isə 210,300 avro ilə sağollaşmalı olacaqlar. ABT Sportsline avtomobilə iki illik zəmanət verir.