Bu il yaradılmasının 120 illik yebileyini qeyd edən ABT Sportsline GmbH şirkəti, bu əlamətdar hadisənin şərəfinə məhdud sayda hazırlayacağı avtomobilləri təqdim etmişdir. Xatırlayırsınız isə, bir ay bundan əvvəl keçirilmiş beynəlxalq Cenevrə avtomobil sərgisində, Kemptendən olan atelye, özünün 120 illik yubileyinə həsr etdiyi, Audi A4 Avant, Audi RS6 Avant və Volkswagen T6 modelərinin bazasında hazırlanmış üç modeli təqdim etmişdir. Bu günlərdə alman tüninq şirkəti daha üç «yubiley» modelini təqdim etmişdir. ABT Sportsline şirkətindən verilən xəbərə görə, hər bir avtomobildən 40 ədəd hazırlamaq nəzərdə tutulmuşdur.

120 illik yubileyin şərəfinə hazırlanmış ilk avtomobil Audi TTS modelinin bazasında hazırlanmış ABT TTS avtomobilidir. Kemptendən olan mütəxəssislər ilk növbədə avtomobilin mühərriki üzərində çalışmışdırlar. «ABT POWERed» tüninq dəstinin tətbiq edilməsi sayəsində avtomobilin mühərrikinin gücü 310 at qüvvəsindən 370 at qüvvəsinə, fırlanma anı isə 380 Nm-dən 460 Nm-ə qədər yüksəldilmişdir.

ABT TTS kupesi həmçinin xahici görünüşü ilə də seçilir. Atelye dizaynerləri avtomobili iki rəngə - Silver (gümüşü) və Daytona Grey (boz metallik) çalarları ilə boyamış, eyni zamanda rəngləri ayıran qırmızı haşiyələrdən istifadə etmişdir.

Əlbəttə ki, kupe ABT şirkətinin vizit kartı hesab edilən aerodinamik kuzov dəsti və 20 düymlük təkər diskləri, həmçinin, paslanmayan poladdan hazırlanmış xüsusi buraxılış sistemi ilə təchiz edilmişdir. Avtomobilin interyerində də müəyyən dəyişikliklər edilmişdirю

Bunlara misal olaraq, salonun tərtibatında istifadə edilən materialları və xüsusi ayaqaltıları göstərmək olar. Avtomobilin eksteryerində və interyerində xüsusi yubiley loqoları quraşdırılmışdır.   

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yubileyə həsr edilmiş ikinci avtomobil ABT SQ3 modelidir ki, adından da göründüyü kimi, bu model Audi Q3 krossoverinin bazasında hazırlanmışdır.

Avtomobilin eksteryerinin rəng tərtibatı eyni ilə ABT TTS modelində olduğu kimidir. ABT Sportsline mütəxəssisləri avtomobilin 2,0-litrlik dizel mühərrinin gücünü 184 at qüvvəsindən 210 at qüvvəsinə qədər artırmağa müvəffəq olmuşdurlar.

Krossover tərkibinə yeni ön spoyler, arxa diffuzor, arxa görüntü güzgülərinin korpusu, yan kandarlar, arxa spoyler və 20-düymlük təkər diskləri daxil olan aerodinamik kuzov dəsti ilə də təchiz edilmişdir.

Bundan əlavə, krossover paslanmayan poladdan hazırlanmış dörd ədəd çıxış boruları olan buraxılış sistemi ilə də komplektləşdirilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Üçüncü yubiley avtomobili isə, Avropada çox populyar olan Volkswagen T6 miniveninin əsasında hazırlanmış ABT T6 modelidir. Atelye mütəxəssisləri ilk növbətə minivenin 2,0-litrlik dizel mühərrikinin gücünü 150 at qüvvəsindən 180 at qüvvəsinə, fırlanma anını isə 340 Nm-dən 420 Nm-ə qədər artırmışdırlar. Minivenin daha aqressiv görkəmə malik olmasını təmin etmək üçün tüner onu hündürlüyü azaldılmış yeni asqı, 19 və 20 düymlük təkər diskləri, yeni formalı radiator barmaqlığı, yeni ön və arxa bamperlər, yan kandarlar, arxa diffuzor və damda quraşdırılmış spoyler də daxil olan aerodinamik parçalar dəsti ilə təchiz etmişdir. 

Əlbəttə ki, eksteryerin rəng tərtibatı birinci iki modeldə tətbiq edilmiş üslubda həll edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt