ABT Sportsline tüninq atelyesi yeni Volkswagen Touareg modeli üçün birinci təkmilləşdirmələr dəstini təqdim edib. Bayraqdar krossover 22-düymlük təkər disklərinə, qapılardakı yeni proyektorlara və ABT Engine Control moduluna sahib olub.
ABT mütəxəssisləri təkmilləşdirmələr dəstini 3,0-litrlik dizel mühərriki ilə təıchiz edilmiş Touareg modeli üçün hazırlayıblar. Bu mühərrik 286 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir. ABT Engine Control modulunun quraşdırılmasından sonra mühərrikin hasilatı 330 at qüvvəsi və 650 Nm təşkil edib. Tüner təkmilləşdirilmiş krossoverin dinamik xarakteristikalarını açılamayıb.
ABT atelyesi avtomobil üçün eksteryerin təkmilləşdirlməsi dəstini də təklif edir. Krossoveri 20-22 düymlük təkər diskləri, atelyenin loqotipini proyeksiya edən qapı proyektorları ilə təchiz etmək təklif olunur.